DİA.AZ: - DİA.AZ: - Neçə müddətdir ki, DİA.AZ olaraq QHT sektorunda cərəyan edən neqativ olaylarla bağlı narazılıqları işıqlandırmaqdayıq. Və qeyd edək ki, əsas düşündüyümüz, daha doğrusu, ümid etdiyimiz... nəhayətdə bu məsələyə aidiyyatı qurumların adekvat reaksiyası idi. Amma sən demə yanılmışıq və aydın olur ki, tək yanılan biz yox, bu gün sözügedən sektordakı ədalətsizliyə qarşı mübarisə aparan təşkilatlar da ümidlərini itirmək üzrədirlər.
Onlardan biri də "Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızıdır. DİA.AZ bildirir ki, birlik sədri yeni yeyinti faktı barədə açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:
"Vallah, Maqalov doğru deyir, öz MMC- ləridir... (QHT Agentliyi nəzərdə tutulur -red.) kimə gəldi səfər qrantı verirlər ki, dinməsinlər fevral ayına qədər.
Gedin dövlətin pulu ilə kef edin.
Bir gün sizdən də hesab soruşan olacaq!.."
Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...