"`Azəriqaz`da hələ də sayğac əməliyyatları qurtarmır" - FAKT BUDUR!
Tarix: 3-01-2024, 13:09 |
Çap et
“Azəriqaz” sayğaclarının sıfırlanması ilə bağlı müzakirələr davam edir. Sosial şəbəkələrdə smart tipli sayğaclara borc yazıldığı ilə bağlı iddialar var.
Bu barədə Pravda.az-a fikirlərini bölüşən Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə bildirib ki, narazılıqlar absurddur:
“Məndə də smart tipli sayğacdır. 2018-ci ilə qədər alınan sayğaclardır, kefiyyətlidir. Sonradan dəfələrlə yazmışam ki, sayğacların tez-tez dəyişməsi şübhə altındadır, niyə dəyişilir? Bunu zaman-zaman demişəm, yazmaqdan da yorulmuşam. Sosial şəbəkə səhifəm bu yazılarla doludur. Çünki “Azərsu” və “Azərişıq”dan fərqli olaraq “Azəriqaz”da hələ də sayğac əməliyyatları qurtarmır. Mümkün deyil ki, smart tipli sayğacda sıfırlanmada borc olsun. Bu necə ola bilər? Kartı yükləyirsən, kartda pul bitəndə sayğac işləmir, bloka düşür. Bu fikirlər absurddur. Smart tipli sayğacda borc olması faktı varsa, məhkəməyə müraciət etmək lazımdır”.