"Pulunu verdiyimiz xidməti almırıq" - GİLEY
Tarix: 4-01-2024, 16:41 |
Çap et
"Şikayətim fırıldaqçı CityNet-dəndir. Müqavilədə göstərilən sürəti vermirlər. Müqavilədə göstərilən sürət 100 mbps upload, 100 mpbs download. Speed test saytlarında haradasa 94, 95 göstərir. Amma real testlər vaxtı bunu göstərmir. Real test edəndə sürət 62 mpbs oldu. Az qala 2 dəfə aşağı sürətdir". Bu barədə Məhəmməd İsgəndərli adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupunda giley edir.
O daha sonra yazır: ""Pingin" yüksək olmasından heç danışmıram.
Bu testi belə etdim, siz də edə bilərsiniz: 1 gb fayl yükləyirəm. 1 gb 1024 mb-dır, 100 mpbs 12.5 mb saniyədə yükləmə edə bilməlidir. Yəni, 1 gb fayl 1024/12.5=81.92 saniyəyə yüklənməlidir. Amma bütün testlərdə 130 (+-2 san) saniyəyə yükləndi. Bu da o deməkdir ki, real sürət 1024/130=7.87 mb/san= 63 mbps
KATV hətta müqavilədə göstəriləndən artığını tam olaraq verirdi və ping çox aşağı idi. Amma görünür kiməsə bağlı CityNet pul verir bina komendantlarına və parazit MTK-lara ki, digər provayderləri binaya buraxmasınlar.
Nə edək CityNet ki, pulunu verdiyimiz xidməti almırıq? gələn ay da sizə ödənişi verdiyiniz keyfiyyətə uyğun 63% miqdarında edək?"