“Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                     Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                     COP29-a qarşı çıxanlar kim idi? .....                     FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                     Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb .....                     Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                 

Prezident seçkilərindən sonra bu nazirlər YOLA SALINIR... - ARAŞDIRMA
Tarix: 7-01-2024, 12:23 | Çap et
Prezident seçkilərindən sonra bu nazirlər YOLA SALINIR...
Adətən, digər ölkələr kimi, Azərbaycanda da hər Prezident seçkisindən sonra Nazirlər Kabinetinin tərkibində əhəmiyyətli dəyişikliklər edilir. Bu baxımdan 2024-cü ilin fevralında keçiriləcək prezident seçkisindən sonra da Nazirlər Kabinetinin qismən olsa belə yenilənəcyi gözləniləndir. Xüsusilə də əhalinin bir çox nazirliklərin və hətta hökumətin sosial-iqtisadi bloku kimi ayrılıqda götürülən bir hissəsinin, eləcə də bəzi hüquq-mühafizə strukturlarının fəaliyyətindən ciddi narazılıqlarının olduğunu nəzərə alsaq, kabinetin tərkibində ciddi dəyişikliklər labüd görünür...

Təkcə ötən ilin nəticələrinə diqqət yetirsək, görərik ki, Azərbaycanın sosial-iqtisadi göstəriciləri heç də ürəkaçan deyil. Bunun səbəbi əlbəttə ki, təkcə dünya iqtisadiyyatında və siyasətində baş verən kənar amillərlə izah oluna bilməz. Ən azından ona görə ki, Azərbaycanın da daxil olduğu MDB məkanında, hətta qonşu Gürcüstan belə adambaşına düşən Ümumi Daxili Məhsul(ÜDM), ÜDM-in artım tempi ölkəmizi üstələyir.

Azərbaycan ötən ili ən aşağı ÜDM göstərilcilərinə sahib olan ölkələrdən biri kimi başa vurdu. Hətta 0,8%-lik göstərici ilə MDB-də sonuncu yeri tutdu. ÜDM-in azalmasının əsas səbəbi neft hasilatının və qiymətlərin aşağı düşməsi olub. Bu isə bir daha təsdiq edir ki, ölkə iqtisadiyyatı olduqca böyük ölçüdə neft-qaz sektorundan asılılığını saxlayır, qeyri-neft sektoru isə müxtəlıif məlum səbəblər üzündən “yerində saymaqda” davam edir.

Ölkəmizdə yeni iş yerlərinin yaradılması, iqtisadi aktivliyin artırılması məsələsində ciddi problemlər qalmaqdadır. Bu problemlərin həlli üçün sahibkarlığı inkişaf etdirmək, ona “nəfəs vermək” əvəzinə ölkə iqtisadiyyatını cərimə və yüksək vergilər iqtisadiyyatına çevirmək istiqamətində inamla addımlayırıq. Bu isə bizi ölkədən beyin və kapital axınına, yüksək inflyasiyaya, əhalinin sosial durumunun ağırlaşmasına və digər fəsadlara doğru aparmaqdadır.

Bütün bunlar iqtisadi sektora cavabdeh olan idarəedici strukturların ölkə iqtisadiyyatına, ümumilikdə sosial-iqitisadi siyasətə, biznes, maliyyə, vergi, gömrük və s. məsələlərə baxış strategiyasının qüsurlu olmasından irəli gəlir. İş adamlarına ən yaxşı halda “sağmal inək” kimi baxılması halları yenidən artıb. Kreditlərin, maliyyə vəsaitlərinin əlçatanlığı məsələsinin həll edilməməsi, gömrük, xüsusilə də vergi qanunvericiliyinin çıxılmaz labirint halına gətirilməsi bugünkü durğunluğu, hətta bəzi göstəricilər üzrə geriləməni əks etdirən mənzərənin əsas səbəbləridir.

Sosial sahəyə gəlincə, əhalinin ən çox narazı qaldığı nazirliklərdən birinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğu aydın müşahidə olunur. Doğrudur, bu sahə olduqca ağır və miqyaslı iş tələb edən sahə olduğundan dünya ölkələrində bu sahəyə cavabdeh olan dövlət strukturlarından razı qalan xalqlara rast gəlmək çətindir.

Lakin Azərbaycanda bu istiqamət həm də ona görə qeyri-qənaətbəxş vəziyyətdədir ki, ona cavabdeh olan qurum təkcə süründürməçiliyi, mənasız bürokratik əngəlləri, bir çox kadrların naşılığı və bacarıqsızlığı ilə yanaşı, tenderlərdən tutumuş əhaliyə müxtəlif növ yardımların çatdırılmasına qədər bir çox istiqamətlərdə korrupsiyanın ayaq açıb yeridiyi qurum kimi tanınır.

Səhiyyə Nazirliyində də vəziyyət eynidir. Bu qurumda bir neçə rəhbər dəyişsə də, onun mahiyyəti dəyişməyib.

Bu nazirliyin bəxti hələ Əli İnsanovun dövründən “qara gəlib”. Ə.İnsanov vaxtilə öz yekəxana, hətta harın ədaları ilə səhiyyə sisteminə necə bir rüşvət, korrupsiya, özbaşınalıq toxumları əkibsə, hələ də bu çayırın kökünü kəsmək mümkün olmayıb.

Mədəniyyət Nazirliyi, həmçinin İdman və Gənclər Nazirliyində də vəziyyət ürəkaçan deyil.

Mədəniyyət Nazirliyi son illər ərzində korrupsiya qalmaqallarından başqa heç nə ilə yadda qalmayıb. Yəqin buna görədir ki, Anar Kərimov nazir təyin olunmasından 2 il keçməmiş vəzifəsindən azad edildi.

Yeni nazir Adil Kərimlinin təyinatından 1 il keçsə də, hələlik bu sahədə ciddi dönüş görünmür. Məsələn, Azərbaycan son illər tarixinin ən böyük zəfərlərini qazansa da, bunu layiqincə təqdim edən bir film, serial, bədii əsər ortaya çıxarılmayıb. Bu isə həm də Mədəniyyət Nazirliyinin fəaliyyətsizliyi ilə bağlıdır.

İdman və Gənclər Nazirliyi isə yüksək idman nəticələrinin əldə edilməsi üçün fəaliyyətlərdən daha çox şoularla məşğul olurmuş kimi görünür. Onu da xatırladaq ki, ötən ilin sonlarında Rafael Ağayev, Hacı Əliyev və digər tanınmış idmançılar bu nazirliyin fəaliyyətindən və idmançılara münasibətindən narazılıqlarını bildiriblər...

Qeyd edək ki, hazırda vəzifədə qalma müddətinə görə ən qocaman nazirlərdən olan Fikrət Məmmədovun 24 ildir başçılıq etdiyi Ədliyyə Nazirliyi də ən çox şikayət edilən nazirliklərdəndir. Təkcə məhkəmə qərarlarının icrası şöbələrindəki korrupsiya, özbaşınalıq, süründürməçilik və digər eybəcərlikləri qeyd etmək kifayətdir ki, bu nazirliyin fəaliyyəti ilə bağlı dolğun təsəvvür yaransın.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və digər bəzi nazirliklərin də fəaliyyətini qənaətbəxş hesab etmək mümkün deyil.

Nazirliklər sırasında demək olar ki, daha çox Xarici İşlər Nazirliyi effektiv və nəticəli fəaliyyəti ilə nəzərə çarpır. Lakin görünən həm də odur ki, sözügedən nazirliklə yanaşı, xarici siyasətdə əsas yükü şəxsən ölkə başçısının özü, eləcə də onun köməkçisi Hikmət Hacıyev daşıyır...

Nazirliklərlə yanaşı, Baş nazirin müavinlərinin də fəaliyyəti idealdan çox-çox uzaq görünür. Onlar tərəfindən ölkənin sosial-iqtisadi həyatının yaxşılaşmasına xidmət edən, buna gətirib çıxaran hər hansı təşəbbüsləri, qərarları, yaxud digər addımları müşahidə etmirik. Onu da qeyd edək ki, Baş nazirin birinci müavini Yaqub Eyyubovun yaşı 80-i haqlayır. Digər müavin Əli Əhmədovunsa 71 yaşı var...

Bir sözlə, Nazirlər Kabinetində yola salınacaq və nisbətən gənc, enerjili, mütərəqqi düşüncəli şəxslərlə əvəz edilməli olan yüksək vəzifəlilər kifayət qədər çoxdur...

Məsələ ondadır ki, ayrı-ayrı nazirliklərin və nazirlərin yarıtmaz fəaliyyəti təkcə onların rəhbərlik etdikləri sahəyə deyil, ümumilikdə dövlətin özünə, həmçinin, siyasi hakimiyyətə ziyan vurur. Məsələn, Ukraynada keçirilən son sorğuların nəticələri, müəyyən məlum məqamlar istisna olmaqla, bütövlükdə MDB məkanı respublikaları, o cümlədən də Azərbaycan üçün ibrətamizdir. Belə ki, həmin sorğulara görə, Prezident Volodimir Zelenskiyə əhalinin 70 faizındən artığının etimad göstərdiyi halda, ölkə parlamentinə və hökumətinə inam müvafiq olaraq, cəmi 26 faiz və 15 faiz təşkil edib.

Yəni, hökumətə inam prezidentə etimaddan 5 dəfəyədək azdır. Azərbaycanda bu cür sorğu keçirilməsə də, Prezidentə olan etimadın hökumətin reytinqindən dəfələrlə yüksək olduğu hər kəsə məlumdur. Ancaq hökumətin və parlamentin əhalini qane etməyən, bəzi hallarda isə narazılıq doğuran fəaliyyəti bütövlükdə dövlətə inamı azaldır ki, buna yol vermək olmaz...

Cəlal Məmmədov - “AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru