Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış qoruyucu tumba və məhəccərlərdə mövcud nasazlıqların aradan qaldırılması və onların yenidən boyanması işlərinə başlanılır. İqtisadiyyat.az-ın xəbərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı hazırlıqlara start verib.
Belə ki, qurum sözügedən işlərin icrasını “Var Construction” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, tumba və məhəccərlərdə mövcud nasazlıqların aradan qaldırılması və onların yenidən boyanması işləri 1 189 646,5 manata başa gələcək.