Faciə zamanı AZAL təyyarəsini istiqamətləndirən Qroznıdan olan dispetçer Əli İdrisov təyyarə qəzasının təfərrüatlarını açıqlayıb.
Bu barədə “Report” VÇK-OGPU teleqram kanalına istinadən xəbər verir.
Qeyd edilib ki, İdrisov ötən gün axşam dindirilib.
Məlumata görə, Ə.İdrisov PUA hücumu və HHM-in işi barədə heç bir məlumatı olmadığını iddia edib. O, hadisəni son ana qədər hava gəmisi ekipajının məlumatına əsaslanaraq quşlarla toqquşma kimi qiymətləndirdiyini bildirib.
Ə.İdrisovun sözlərinə görə, "Kovyor" planı ona 22-ci dəqiqədə (təxminən 08:21 radələrində) məlum olub, yəni ekipajın təyyarənin zədələnməsi barədə məlumat verməsindən beş dəqiqə sonra, bu da səhvən quşlarla toqquşma kimi qəbul edilib.