"3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                     Çox hörmətli başçı nəyə və kimə arxalanır?! .....                     26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi .....                     Naxçıvanda dövlət qurumu adını dəyişir .....                     Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib .....                     Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? .....                     Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI .....                     Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? .....                     Pezeşkian sabah Tacikistana səfər edəcək .....                     Valeh Əhmədova bu kanalda vəzifə verildi .....                     Nahid Bağırov onunla bağlı .....                     Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... .....                     AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb .....                     Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                 

"Qardaşı Əliyə zəng etdim, gəlib bacısını aparmasını desəm də, imtina etdi..." - TƏFƏRRÜAT
Tarix: Bu gün, 07:00 | Çap et
"Qardaşı Əliyə zəng etdim, gəlib bacısını aparmasını desəm də, imtina etdi..."
Abşeron rayonunda 1974-cü il təvəllüdlü Cəlil qısqanclıq zəminində 1976-cı il təvəllüdlü həyat yoldaşı Fatiməni (adlar şərti verilib - red.) öldürüb.

"DİA-AZ" Teleqraf.com-a istinadla xəbər verir ki, Cəlil 2017-ci ildən rəsmi nikah münasibətində olduğu arvadı Fatimənin son iki il ərzində ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib.

Buna görə 28 aprel 2024-cü ildə yaşadıqları Xırdalan şəhərindəki evdə gün ərzində bir neçə dəfə mübahisə edib. Saat 21 radələrində növbəti mübahisə zamanı Fatimənin ona aqressiv cavab verməsi səbəbindən xəyanət şübhələrinin əsaslı olması qənaətinə gəlib. Mətbəxdən bıçaq götürüb və qonaq otağında dayanmış Fatiməyə yaxınlaşaraq ona zərbələr vurub. 32 bıçaq xəsarəti alan qadın hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Cəlilin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2017-ci ildə Fatimə ilə rəsmən nikaha daxil olub, birgə nikahdan 2021-ci il təvəllüdlü qız övladları dünyaya gəlib: "Ailə qurduqdan sonra həyat yoldaşımla Oğuz rayonundan Abşeron rayonu, Xırdalan şəhərinə köçdük. Fatimə ilə son zamanlar münasibətlərim pozuldu. Onun xəyanət etməsindən şübəhələndiyim üçün aramızda tez-tez mübahisələr yarandı".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Fatimənin qapıdan kiməsə kağız ötürdüyünü görüb: "Həmin şəxsin kim olduğunu soruşdum, Fatimə cavab vermədi. Mən çölə çıxsam da, heç kimi tapa bilmədim. Evə qayıdıb Fatimə ilə mübahisə etməyə başladım. Telefonunu alıb yoxlatdırmağa aparmaq üçün evdən çıxdım. Evin pəncərəsinə baxanda Fatimənin məni güddüyünü görüb evə qayıtdım.

Aramızda yenə mübahisə oldu. Fatimə mənə nalayiq sözlər dedi. Onun qardaşı Əliyə zəng etdim, gəlib bacısını aparmasını desəm də, imtina etdi. Hər ikimiz bir az sakitləşdikdən sonra mən yenidən Fatimədən niyə xəyanət etdiyini soruşdum. Təzədən mübahisə etdik. Evin mətbəxindən bıçaq götürərək Fatiməni öldürdüm.

Bıçağı necə götürdüyümü, Fatiməni neçə dəfə bıçaqla vurduğumu xatırlamıram. Bundan sonra özüm könüllü olaraq polisə getdim və törətdiyim cinayət əməlini etiraf etdim".

Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərib ki, Fatiməni bıçaqlayan zaman 3 yaşlı qızı mətbəxdə olub:

"Həyat yoldaşımla aramızda tez-tez mübahisələr olurdu. Amma heç vaxt bir-birimizə xəsarət yetirməmişik, polisə müraciət etməmişik. Mənim Fatiməni öldürmək məqsədim olmayıb, onu qorxutmaq istəmişəm.

Fatiməni bıçaqla vuranda özümdə olmamışam. Ona görə neçə dəfə vurduğumu, bu prosesin nə qədər davam etdiyini xatırlamıram. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişəm. Spirtli içkilərdən istifadə etsəm də, hadisə baş verən günü içkili olmamışam. Azyaşlı uşağıma hazırda Fatimənin qardaşı baxır.

Polisə təslim olanda heç bir sənəd tərtib edilmədi. Mən cinayət əməlini törədən kimi azyaşlı qızımı da götürüb polis idarəsinə getdim".

İş üzrə zərərçəkmiş Fatimənin hüquqi varisi qismində dindirilən qardaşı Əlinin sözlərinə görə, aprelin 28-də yaşadığı evdə Cəlil tərəfindən öldürülən Fatimə ilə Cəlil arasında söz-söhbət 2023-cü ilin sentyabr ayından başlayıb: "Buna səbəb Cəlilin qardaşı Nəriman və arvadı Məlahət arasında yaranmış mübahisədə bacım Fatimənin Məlahətin tərəfini tutması olub. Nəriman mübahisə zamanı Məlahətin üstünə silah da çəkib, sonradan onun vasitəsilə silah polisə təhvil verilib. Məlahət isə Nərimandan şikayət etməyib.

Fatimə mənim həyat yoldaşım Sənəmlə söhbət edəndə deyib ki, Nərimanla arvadı arasında mübahisənin səbəbi guya Məlahətin ərinə xəyanət etməsidir. Lakin Fatimə Məlahət haqqında danışanda bu sözə inanmadığını deyib".

Əlinin ifadəsinə görə, aprelin 28-də saat 18 radələrində Cəlil ona zəng edərək evə çağırıb və bacısından boşanmaq istədiyini deyib: "Mən rayonda olduğumu, səhər işdən icazə alaraq gələcəyimi desəm də, Cəlil əl çəkmədi və mənim mütləq evlərinə gəlməli olduğumu dedi. Bundan sonra arvadımla birlikdə Xırdalan şəhərinə yola düşdük. Yolda Cəlil mənə təkrar zəng etdi. Mən də yolda olduğumu dedim.

Saat 22 radələrində Xırdalan şəhərinə, bacımgil yaşayan mənzilə çatdıq. Biz mənzilə çatanda qapının açıq olduğunu gördük. Böyük otağın qapısını açıb işığını yandırdıqda Fatiməni yerdə qan içində gördük. Sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlil 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Bu gün, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Bu gün, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Bu gün, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Bu gün, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Bu gün, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Bu gün, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Bu gün, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Bu gün, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Bu gün, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Bu gün, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Bu gün, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Bu gün, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Bu gün, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Bu gün, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Bu gün, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Bu gün, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Bu gün, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Bu gün, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Bu gün, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Bu gün, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Bu gün, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Bu gün, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Bu gün, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Bu gün, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Bu gün, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Bu gün, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Bu gün, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru