Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                 

"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Tarix: 11-02-2025, 10:26 | Çap et
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar"
Rusiyanın hakim partiyasını təmsil edən deputatların Azərbaycana qarşı hücumları artmaqdadır. Xüsusilə Nikolay Valuyev, Yevgeni Popov birbaşa Kremldən təlimat alaraq Azərbaycana qarşı çirkin kampaniya aparırlar. N.Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi iddialarla çıxış edir. Y.Popov isə deyir ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın iki şirkətinin fəaliyyətinə baxmaq lazımdır. İş o həddə çatıb ki, “Krokus” şirkətinin və “Sadovod” ticarət kompleksinin müsadirə edilməsi təklifini irəli sürürlər. Məsələ ondadır ki, Kreml mövcud gərginliyi aradan qaldırmaqdansa, propaqandçıları vasitəsilə məsələni daha da gərginləşdirir. Mülki təyyarəmizin vurulmasında Azərbaycanı ittiham edirlər. Bəzi şərhçilərə görə, Rusiya ilə Azərbaycan arasında gərginlik artan templə davam edərsə, rəsmi Bakı daha sərt addımlar ata bilər. Hətta bu ölkə ilə imzalanan Moskva Bəyannaməsinə də yenidən baxılması mümkündür. Çünki Kremlin sərgilədiyi mövqe heç bir halda müttəfiqlik ruhuna sığmır.

Xatırladaq ki, fevralın 6-da Rusiyanın “Rossotrudniçestvo” agentliyinin (“Rus evi”) Azərbaycanda fəaliyyətinə xitam verilib. Bu təşkilatın hazırda 80 ölkədə 96 nümayəndəliyi var. 2021-ci ildən “Rossotrudniçestvo” adı ilə yanaşı, “Rus Evi” adı da işlədilir. İlk baxışdan "humanitar" məqsədli bir təşkilat sayılsa da, "Rus Evi" mandatı üzrə fəaliyyətlə məşğul olmayıb. Bildiyimiz casusluq fəaliyyətini icra edib. Kəşfiyyat, casusluq isə birbaşa təhlükəsizliyə qarşı fəaliyyət növüdür, habelə, ölkənin daxili işlərinə müdaxilədir. Rusiyanın anti-Azərbaycan addımları bir sıra məsələləri yenidən gündəmə daşıyıb. Onlardan biri ölkəmizdə sayı kifayət qədər olan rus məktəbləri, digəri isə DTK (KQB) gizli arxivlərinin açılması və rus agentura şəbəkəsinin ifşa edilməsidir. Əslində, bu məsələlər illərdir müzakirə predmetidir. Ələlxüsus, rus məktəblərinin məhdudlaşdırılması tələbləri, o cümlədən "rus agenturası" söhbəti 1990-cı illərin əvvəllərindən ölkə gündəmindədir. Lakin vurğulanır ki, bununla bağlı təkliflərə daim "yox" deyilib. Nəzərə alaq ki, müstəqil dövlətimizin formalaşdığı dövrdə çoxsaylı qüvvələr çoxşaxəli fəaliyyətlə məşğul olublar. Bəzi şəxslərin Azərbaycanın müstəqilliyini istəməyən xarici mərkəzlərə gizli xidmət etdiyi, agentura şəbəkəsinin üzvü olduqları iddia edilməkdədir. Arxiv məsələsində ikili yanaşma hələ də qalmaqdadır. Bir qisim düşünür ki, xüsusi ictimai sifariş olarsa, gizli arxivlərin bəzilərinin ictimaiyyətə açıqlanması mümkündür. Məsələn, 1989-91-ci ildə Moskvanın asılılığından qurtulan bir sıra ölkələrində arxivlər açılıb və keçmişdə sovet hakimiyyətinə, o cümlədən cəza-nəzarət orqanlarına işləyən adamlara nəzarət tətbiq edilib. Ancaq hansı ölkələr arxivləri açmayıbsa, “agentləri” ifşa etməyibsə, həmin ölkələrin mediasında mütəmadi "Filankəs KQB agenti olub" iddiaları yer almaqdadır.

Mövzuya dair suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert, təqaüddə olan polkovnik-leytenant İlham İsmayıl "Sherg.az"a deyib ki, Rusiyanın imperiya ambisiyaları rus cəmiyyətində, həm sadə adamlar arasında, həm də siyasi dairələrdə o dərəcədə formalaşıb ki, postsovet məkanından, kiçik hesab etdikləri ölkələrdən nəinki tənqidi, ən xırda etirazı belə qəbul etmirlər. İ.İsmayıl vurğulayıb ki, halbuki Azərbaycanın bütün addımları sivil xarakter daşıyır:

"Ona görə də qarşı tərəfdən eyni sivil münasibəti gözləyirik. İndiyədək Rusiya ilə normal münasibətlərimiz olub. 2022-ci ildə, Rusiya Ukrayna ilə müharibəyə başlamazdan iki gün əvvəl Azərbaycanla müttəfiqlik sazişi imzaladılar. Halbuki, o zaman Rusiya dünyadan təcrid olunmağa başlayırdı. Bu müttəfiqlik sazişinə görə, müəyyən təzyiqlərə məruz qalmışıq. Keçən ilin avqustunda dünyadan təcrid olunan Rusiya rəhbəri V.Putin Bakıda qəbul olundu. Buna görə də tənqidlərlə üzləşdik. AZAL-ın təyyarəsinin vurulmasından sonra da Rusiyadan normal, sivil münasibət gözlədik. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı. Biz də haqlı olaraq tənqidi yanaşırıq. Rusiyanın dövlət televiziyaları, Solovyov, Skabeyev və s. şəxslər, Dövlət Dumasının üzvləri, Zatulin və başqaları, Mixail Aleksandrov kimi siyasilər gecə-gündüz Azərbaycanın əleyhinə döşəyiblər. Bunlara rəğmən, biz Rusiya səfirini XİN-ə dəvət edərək ona etirazımızı bildirmişik ki? Yox, etməmişik. Çalışmışıq ki, bu və ya digər şəkildə münasibətləri normal saxlayaq. Rusiyadan sivil münasibət tələb edəndə isə bizə qarşı təhdidə keçir".

Ekspert diqqətə çatdırıb ki, ümumiyyətlə, qonşu dövlətlərlə gərginlik yaşamağa üstünlük verməmişik:

"Xüsusən, Rusiya kimi təhlükəli bir dövlətlə gərginliyi artırmaqdansa, normal münasibətlər saxlamağı məntiqli görmüşük. Amma bir yerə qədər. Əgər "qırmızı xətti"miz olan maraqlarımız tapdanırsa, bizim də münasibətimiz adekvat olur. Rusiyanın Azərbaycana əsas təzyiq rıçağı Rusiyadakı azərbaycanlılarla bağlıdır. Rusiya miqrantlara münasibəti dəyişməklə, əslində, bizdən çox özünə ziyan vurmuş olacaq. Müharibə səbəbindən Rusiyada işçi qüvvəsi demək olar ki, tükənmiş vəziyyətdədir. Skandinaviyadan tutmuş Qafqaza qədər Rusiyanın Avropaya yolu bağlıdır. Yeganə çıxış yolu dəmir yol xəttidir ki, o da Azərbaycandan keçir. Azərbaycan Rusiya üçün nəfəslik rolunu oynadığı bir vəziyyətdə Kremlin bu addımlarını necə başa düşək? Hesab edirəm ki, rus deputatların çağırışları Kremlin istədikləridir və Rusiyanın mahiyyətini əks etdirir. Amma rəsmi şəkildə D.Peskov da, M.Zaxarova da "münasibətlərin əvvəlki səviyyəyə qayıdacağından" danışırlar. Təəssüf ki, Rusiya cəmiyyətində imperiya ambisiyaları kifayət qədər güclü olduğundan elementar etirazımızı süngü ilə qarşılayırlar. Hər halda səhv etdiklərini başa düşəcəklər. Rusiya Ukrayna ilə müharibə şəraitində olmasaydı, ərazi bütövlüyümüzü təmin etmiş olmasaydıq, daha sərt hərəkətlər edərdilər. Tarixən bu münasibəti görümüşük, indi də görürük. Azərbaycan öz maraqlarını sonadək qoruyacaq. Rusiya da əvvəl-axır səhv etdiyini başa düşəcək və diplomatik addımlar atacaq".

İ.İsmayılın qənaətincə, rus məktəbləri ilə bağlı bizdə dəfələrlə çağırış olub ki, bu məktəblər həddindən artıqdır:

"Rusiyanın bu məsələyə həssas yanaşdığını bilirdik. Düzdür, müəyyən dövlərdə məktəblər artıb. Ancaq ötən ildən başlayaraq, rus məktəbləri ilə bağlı məhdudlaşma prosesi başlayıb, perspektivdə də belə olacaq. Lakin çox təəssüf ki, rus məktəblərinə gedən uşaqları dayandırmaq mümkün deyil. Konkret olaraq "Rus Evi" ilə bağlı rəsmi mövqeyimiz ortadadır. Təşkilat rəsmi qeydiyyatdan keçmədiyi üçün fəaliyyətinə son verilib. “Rus Evi” bir çox Avropa ölkələrində sanksiyalara məruz qalıb, onu heç qəbul etmirlər. Onsuz da bizdə Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları var. Yəni xüsusi "Rus Evi"nə ehtiyac yoxdur".

Həmsöhbətimiz "Rusiya agenturası" ilə bağlı müzakirələrə münasibətini belə açıqlayıb:

"Əgər Rusiyanın agentura şəbəkəsi bizə məlum olsaydı, onların hamısını çoxdan ifşa edərdik. Necə ki, bəziləri zaman-zaman ifşa olunub. Yadınızda saxlayın, Rusiyanın Azərbaycanda agentura şəbəkəsinin məlumatları Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində deyil. Vaxtı ilə sovet sistemində agentura şəbəkəsi olub. Bu gün onlar Azərbaycan vətəndaşlarıdır və bunu açıqlamaq borcumuz deyil. Son günlərdə müzakirə edilən məsələlər tamam başqadır. İndiki prosesə dəxli yoxdur. Ümumiyyətlə, bizdə keçmiş "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar. "KQB" arxivi istənilən alim üçün açıqdır, gedib arxivlərə baxa bilər. Amma agentura şəbəkəsi arxiv deyil. Qanun da var ki, səhv etmirəmsə 30 ildən sonra konkret olaraq hansısa səbəbdən kimsə müraciət etsə, məhz müraciət edən həmin şəxsə informasiya verilə bilir. Əks təqdirdə "agentura şəbəkəsi açıqlansın" demək, "bu adam zamanında Rusiya işləyib" kimi iddialar yanlışdır. Çünki o vaxtı sovet sistemi və agentura şəbəkəsi olub".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru