
"Ermənistanda liderliyin inkişafına həsr olunmuş institutlar azdır, ümumiyyətlə heç olmadıqlarını da deyə bilərik".
TNS news.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Kim bilir, liderlik necə formalaşır?- Bəli, daha çox küçədə”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, liderlik rüşeymdə formalaşmalı və rəqabətdə inkişaf etməlidir: “Hamı institutların yaradılmasının zəruriliyindən danışır, amma soruşsanız, hansı qurumlardır? İnstitut- adamın evinə gedib boru çəkməkdir. Bütün büdcəmiz, bütün proqramlarımız liderliyin ifadəsidir, çünki elə adam var ki, bilir, nəyi etmək lazımdır, nəyi yox. Biz indi bu liderliyi xalqın qarşısına qoyuruq”.
“Biz bunu demirik, amma indi ekspert birliyi mənim çıxışımı təhlil edəcək və bu axşam biləcəyik: daha nə satmışıq, nə vermişik, kimlərlə danışıq aparmışıq, bu, hansı xarici qüvvənin tələbidir...”, - Paşinyan əlavə edib.