SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                 

Türk telekanalında ermənicə serial - Barışıq başladı, yoxsa...
Tarix: 19-04-2025, 11:12 | Çap et
Türk telekanalında ermənicə serial
Türkiyədə “Luys TV” X mikrobloqunda ilk erməni-türk telekanalı - “4 yaramaz çocuk” serialı yayımlanacaq. Bu, Türkiyədə yayımlanan ilk erməni serialı olacaq. Serial erməni dilində türkcə subtitrlərlə yayımlanacaq.

Bildirilir ki, “Luys” televiziyası İstanbulda yaşayan erməni jurnalist Aram Kuran tərəfindən təsis edilib. Yayım 2019-cu ildə başlayıb. Yayımlanan proqramların 70 faizi “Qərbi erməni”, 30 faizi isə türk dilindədir.

Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün hava-su qədər vacibdir. Bu istiqamətdə proses getməkdədir. Erməni dilində serialın yayımlanması da normallaşma prosesinin bir elementi sayıla bilərmi? İki ölkə arasında diplomatik əlaqələr qurulmamış ermənicə serial verilməsinə Azərbaycan necə yanaşmalıdır?

Bu məsələ olduqca həssas və çoxşaxəlidir. Ermənicə serialın Türkiyədə yayımlanması, ilk baxışdan mədəni müxtəliflik və tolerantlıq kontekstində təqdim olunsa da, onun arxa planında siyasi, diplomatik və ictimai rezonans doğura biləcək nüanslar da gizlidir.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması uzun illərdir müzakirə olunan, lakin real nəticələrə nadir hallarda gətirən bir məsələdir. 2022-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılsa da (sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması, xüsusi nümayəndələrin görüşləri və s.), bu proses hələ də rəsmi diplomatik əlaqələrlə nəticələnməyib. Belə bir şəraitdə erməni dilində serialın Türkiyə kimi böyük bir ölkənin media məkanında yayımlanmasını bir çox siyasi şərhçilər normallaşma prosesinin mədəniyyət vasitəsilə “yumşaq güc” metodu ilə aparılması kimi dəyərləndirir.

Məlum məsələdir ki, Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqidir və Ermənistanla münasibətlərdə hər hansı yumşalma, xüsusən də Azərbaycan-Ermənistan münasibətləri tam normallaşmadan baş verərsə, bu, ictimaiyyətdə suallar və narahatlıqlar yarada bilər.

Məsələ ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Türkiyədə yaşayan müxtəlif xalqların öz dilində telekanallarının açılması siyasəti bir neçə ildir davam etdirilir:

“2009-cu il TRT-nin bir bölümü kürd dilində fəaliyyətə başladı. Bu açılım siyasəti ilə bağlı rəsmi dövlət kanalıdır. Hətta telekanal yayımına o zaman baş nazir olan Ərdoğanın çıxışı ilə başlamışdı. İndi haqqında bəhs etdiyiniz kanal da eyni siyasətin tərkib hissəsi hesab edilə bilər. Hər şeydən öncə istərdim ki, Azərbaycan ictimaiyyəti bu kimi olaylardan yanlış nəticə çıxarıb qardaş Türkiyə haqqında pessimist düşüncəyə düşməsin. Türkiyə yüz illərlə Şərqin ən böyük imperiyalarından biri olan Osmanlının varisidir. Bu coğrafiyada kürd, ərəb, laz, digər xalqlar yaşayır. Türkün böyüklüyü həm də hakimiyyəti altında olan xalqların milli, dini haqlarını qorumasıdır. Ermənilər bu coğrafiyanın aborigen etnosu olmasa da bu gün Türkiyədə müəyyən saya malikdirlər və ermənidilli kanalın fəaliyyəti də bu prinsiplər əsasında, xüsusi olaraq qeyd edim ki dövlətin nəzarəti altında açılıb. Türkiyənin milli azlıqlara bu cür yanaşması iki baxımdan çox vacibdir. Əvvəla milli azlıq məsələsindən həmişə Qərb ölkələri, xüsusi təşkilatlar istifadə ediblər. İkincisi də bu məsələ ilə bağlı haqsız ittihamları beynəlxalq təşkilatların gündəminə daşıyıblar. Bu baxımdan prosesin dövlətin himayəsi və nəzarəti altında olması təqdirəlayiqdir”.

Millət vəkilinin fikrincə, bu məsələ Ermənistanla münasibətlərin normallaşması anlamına gəlmir və belə qəbul edilməməlidir:

“Ermənistan Türkiyə ilə yaxınlaşmaq istədiyini, münasibətləri normallaşdırmaq niyyətində olduğunu desə də, əməldə tamamilə başqa mövqe sərgiləyir. Ermənilərin Türkiyə ərazisinə iddialarını büruzə verən faktlar az deyil. Məsələn, Ermənistanın dövlət gerbində Ağrı dağının əks olunduğu məlumdur. Bu da aşkar şəkildə Türkiyəyə qarşı ərazi iddiasından xəbər verir. Bu azmış kimi, indi də bəzi erməni təşkilatları Ağrı dağının ermənilərin ”milli kimlik simvolu" olduğunu bildirirlər.

Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini qaydasına salmaması isə onun bir dövlət kimi varlığını sual altında qoyur. 85 milyonluq Türkiyə ilə 10 milyonluq Azərbaycan arasında 2 milyonluq Ermənistanın uzun müddət düşmən münasibətində yaşamaq şansı yoxdur. Əks təqdirdə Ermənistan dövlətçilik mövqeyini itirəcək və parçalanacaq".

Tənzilə Rüstəmxanlı həmçinin qeyd edib ki, Ermənistan son vaxtlar Türkiyə ilə barış prosesinin intensivləşdirəcəyinə ümid edərək bəzi addımlar atmağa məcbur olub:

“Türkiyə üçün Azərbaycanla Ermənistan arasında problemlərin həll olunması prioritetlərdən biridir və bunu da təbii qarşılamaq lazımdır. İki qardaş ölkənin biri ilə yaxşı əlaqələr qurub, o biri ilə düşmənçiliyi davam etdirmək mümkün deyil. Ermənistan bölgə dövlətləri Türkiyə ilə Azərbaycanla münasibətlərin normallaşmasına eyni paketlə getməlidir. Çünki hər iki ölkə ilə Ermənistanın problemləri eynidir. Azərbaycanla Türkiyənin bölgədə gedən olaylara, siyasi və iqtisadi proseslərə baxışları da üst-üstə düşür. Ermənistan bunları anlamalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru