"Bu bizi qane edə bilməzdi" - deputat
 Almaniyanın xarici işlər naziri vəzifəsini tezliklə Yohan David Vadeful tutacaq. 62 yaşlı siyasətçi ölkənin yeni kansleri Fridrix Merzin yaxın silahdaşı hesab edilir. Sağ-mərkəzçi Xristian Demokrat İttifaqının (CDU) nümayəndəsi olan Vadeful Yaşıllar Partiyasından olan Annalena Berboku əvəz edəcək.
“Yeni Müsavat” qeyd edir ki, Vadeful Azərbaycan üçün yad sima deyil. Vadeful Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri vəzifəsini tutub. O, bu vəzifədə bir neçə dəfə Azərbaycan rəsmiləri ilə bir araya gəlib. Deputat kimi ötən il Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə görüş keçirib.
O, Vətən müharibəsindən əvvəl dəfələrlə Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğunu bildirib. “Bir məsələ aydındır: Azərbaycan ərazisi Ermənistan tərəfindən qeyri-qanuni işğal edilib”, - o, Xocalı qırğınının 27-ci ildönümü münasibətilə simpoziumda söyləmişdi.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Badamov bildirib ki, Yohan David Vadeful ədalətli siyasətçidir. Onun fikrincə, yeni XİN rəhbəri Almaniya-Azərbaycan münasibətlərinin inkişafına xidmət edən siyasi kursu dəstəkləyəcək.
Amma buna nə dərəcədə nail ola biləcək? Çünki 2 apreldə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri ərəfəsində qalmaqal yaşanmışdı. O, Ermənistanda olarkən sosial media hesabında keçmiş qondarma rejimin əski parçasını paylaşmış, rəsmi Bakının etirazına səbəb olmuşdu. Sonra paylaşım silindi, üzrxahlıq edildi. Lakin alman prezident Bakıdan gedər-getməz ölkəsinin dövlət televiziyasında Qarabağın “mübahisəli ərazi” olduğu barədə süjet yayımlandı.
Bu baxımdan Almaniyanın yeni baş diplomatı ziddiyyətləri aradan qaldıra biləcəkmi?
Azərbaycan-Almaniya Parlamentlərarası İşçi Qrupunun digər üzvü Elşad Musayev “Yeni Müsavat”a açıqlamasında Almaniyanın dünyada sayılıb-seçilən ölkələrdən biri olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu dövlət iqtisadi potensialı ilə Avropada liderdir: “Azərbaycan da belə bir gücə malik ölkə ilə münasibətlərin inkişafda olmasında maraqlıdır. Almaniya Prezidenti də ölkəmizə səfər etmişdi. Əvvəlki xarici işlər nazirinin Ermənistandan yana çıxışları olub. Bu da bizi qane edə bilməzdi. İndi yeni xarici işlər nazirindən gözləntilərimiz var”.
E.Musayev xatırlatdı ki, alman nazirin Prezident İlham Əliyevlə ötən il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşü də olub: “Hər halda, belə bir diplomatın xarici işlər naziri olması ümidvericidir. Güman edirik ki, əlaqələrin güclənməsinə töhfə verəcək. Bu günə qədər olan fəaliyyəti belə deməyə əsas verir”.
Onu da deyək ki, Xristian-Demokrat İttifaqının lideri Fridrix Merz Bundestaqda Almaniyanın yeni, 10-cu kansleri kimi and içib. Mərasimi “Phoenix” telekanalı yayımlayıb. “Alman xalqının rifahı naminə çalışacağıma, onun sərvətini artıracağıma, onu zərərlərdən qoruyacağıma, əsas Qanunu və federasiya qanunlarını qoruyacağıma, vəzifə borcumu vicdanla yerinə yetirəcəyimə və hər kəsə qarşı ədalətli olacağıma and içirəm. Qoy Tanrı mənə kömək olsun”, - deyə Merz bildirib.
Onilliklər ərzində ilk dəfə olaraq Almaniyanın kansler və xarici işlər naziri postları yenidən bir partiyanın - sağ mərkəzçi Xristian Birlik İttifaqının əlində olacaq. Yeni kansler Fridrix Mertsin yaxın tərəfdaşı hesab olunan Vadeful 2009-cu ildən bəri Bundestaqın üzvüdür. Xristian Birlik İttifaqının parlament qrupunun vitse-prezidenti olaraq o, xarici siyasət və təhlükəsizlik məsələlərinə cavabdeh olub.
Avropa İttifaqının doqquz ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənədin imzalanması göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Azərbaycan Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Almaniya ilə də fəal əməkdaşlığa malikdir. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir. Bir müddət əvvəl Almaniya Prezidenti Frank Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri də əlaqələrimizin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Bu gün, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Bu gün, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Bu gün, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Bu gün, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Bu gün, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Bu gün, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26 |
|
|
|
• Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14 |
|
|
|
• Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09 |
|
|
|
|