Son dövrlər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan narazılıqlar artıb. Mia.az-ın məlumatına görə, icra başçısı rayonda boş yer qoymayıb. Küçə xə xiyabanları iş adamlarına satılması, hətta səkilərdə belə obyektlərin tikilməsi sakinlərin narazılığına səbəb olub. Başçının obyeky tikintisi ilə bağlı verdiyi qərarlar nəticəsində kütləvi ağac qırğınına yol verilməsi isə daha ciddi səs-küy yaradıb.
Ancaq deyəsən, Xaləddin İsgəndərov qanunsuz əməllərini ictimaiyyətdən gizlətmək qərarına gəlib. Belə ki, icra başçısı uyğunsuz yerlərdə tikintiyə icazə verməsini gizlətməyim yeni üsulunu tapıb. Mia.az-ın əməkdaşlarının Binəq1ədi rayonu ərazisində çəkiliş apardığı zaman maraqlı məqamı fortoaparatın yaddaşına köçürüblər. X.İsgəndərov Atatürk prospektində yolun kəsişməsində tikintiyə icazə verib. Amma hazırda orda hansı işlərin görüldüyü görünmür. Çünki həmin ərazi çadırla örtülüb. Belə çıxır ki, X.İsgəndərov 21-əsrdə belə çadırdan örtük vasitəsi kimi istifadə edir.