Hindistan sərgisində Azərbaycana qarşı təhqir - FOTOFAKT - Bakının küçələrində yayılan plakatlarla ölkəmizin adı səhv yazılıb
Tarix: 1-09-2014, 13:36 |
Çap et
Sentyabrın 12-dən 28-dək Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Hindistan Sərgisi keçiriləcək. Bununla bağlı elanlara internetdə və şəhərin bütün nöqtələrində rast gəlirik.
Bu qədər geniş reklam olunan sərginin plakatlarında isə Azərbaycan sözü «Azəraycan» olaraq yazılıb. Yəni, ölkəmizin adındakı B hərfi yoxdur. Və xeyli müddətdir reklamlar bu cür səhv getsə də, dəyişdirilmir. Bununla bağlı reklam plakatlarının üzərindəki nömrə ilə əlaqə saxladıq.
Özünü təqdim etməyən Hindistan vətəndaşı bu haqda məlumatlı olmadığını bildirdi: “Biz Hindistandan gəlib burada sərgini təşkil edirik. Reklam işlərini isə azərbaycanlı reklamçılara həvalə etmişik və bütün reklamlar Bakıda hazırlanıb. Əgər elə bir yanlışlıq varsa, biz onu qısa zamanda həll etməyə çalışacağıq. Biz reklamları hazırlayan şirkətlə danışıb bu haqda yenidən məlumat verəcəyik”. \\ Bizimxeber.az \\