Nazim Veysov və daha bir neçə icra başçısı vəzifələrini itirəcək - Hakimiyyət yeni islahat dalğasına start verir
Tarix: 19-09-2014, 14:51 |
Çap et
DİA.AZ: - Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov yaxın günlərdə vəzifəsindən alınacaq. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, Nazim Veysovla bağlı qərar artıq verilib.
Məlumatı verən mənbə bildirir ki, vergilər naziri Fazil Məmmədovun himayəsində olan NazimVeysov iqtidardaxili çəkişmələrin fonunda vəzifəsini itirəcək.
dia-az.life-a daxil olan məlumata görə, Şəmkirə keçmiş millət vəkillərindən birinin təyin olunması gözlənilir.
Onu da bildirək ki, yaxın günlərdə bir neçə rayonun icra hakimiyyətinin başçısının dəyişdiriləcəyi xəbəri yayılıb.