Hakimiyyət böyük dəyişikliklər astanasından - Kimlər vəzifədən gedir - Oktyabr ayı islahatların başlanğıcı olacaq
Tarix: 26-09-2014, 13:52 |
Çap et
DİA.AZ: - «Hakimiyyət yaxın günlərdə yeni kadr islahatlarına gedir. Bu növbəti dalğanı maraqlı edən cəhətlərdən biri odur ki, kadr dəyişikliyi zamanı nazirlərdən biri də vəzifəsindən alınacaq». Bu barədə DİA.AZ-a məlumat Nazirlər Kabinetindəki mötəbər mənbədən daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, nazirlərdən biri vəzifəsindən alınır, həm də eyni zamanda Prezident Administrasiyası və Nazirlər Kabineti heyətində də dəyişiklik gözlənilir.
Mənbənin dia-az.life-a söylədikləri: «Paralel olaraq icra başçılarından bir neçəsi - təxminən 20-yə yaxını gözlənilən islahat dönəmindən vəzifələrini itirəcək. Bu prosesin yekunu isə gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərində özünü göstərəcək. Rayon başçıları dəyişdiyi kimi deputatlar da dəyişəcək».
Mənbəmiz əlavə edir ki, bu dəyişikliklər oktyabr ayından etibarən start götürəcək.