Nazirimizin ofisianta verdiyi bəxşiş bir restoranda aranı qatdı - Məmurların əyləncə ünvanında əlbəyaxa dava
Tarix: 23-10-2014, 13:59 |
Çap et
DİA.AZ: - Bakıdakı tanınmış restoranların birində dava düşüb. Davanı salan isə adını məlum səbəblərdən çəkmədiyimiz restoranın administratoru olub. Bu barədə DİA.AZ-a hadisə şahidləri məlumat verib.
Verilən xəbərdə bildirilir ki, həmin restoranda əksər hallarda tanınmış simalar, nazirlər, nazir müavinləri, iş adamları və digər populyarlar qonaq olduğundan kifayət qədər prestijli yer sayılır.
Mənbənin dia-az.life-a söylədikləri: «Keçən həftə də qonaqlar sırasında Energetika naziri Natiq Əliyev olub. Yaxın bir adamı ilə süfrəyə oturan Natiq Əliyev yeyib-içdikdən sonra restoranı tərk edib. Bu zaman ona qulluq edən ofisianta şəxsən «çaypulu» verib».
Mənbə bildirir ki, «çaypulu»nun az qala restorana ödənilən hesaba bərabər olduğunu görən restoranın administratoru ofisiantı yanına çağırıb və ondan həmin pulu tələb edib. Ofisiant isə bununla razılaşmayıb. Bu zaman əlbəyaxa dava düşüb.
Təbii ki, hər şey nazir Natiq Əliyev getdikdən sonra baş verib. Hadisə şahidi olan mənbə iddia edir ki, ofisianta ağır zərbə endirəndən sonra ətrafdakılar administratoru güc-bəla ilə ayırıblar.