Azad Rəhimovun da adı baş nazir postuna namizəd kimi hallandırıldı - İqtidar dəhlizlərində nələr danışılır?
Tarix: 5-11-2014, 16:18 |
Çap et
DİA.AZ: - Gənclər və idman naziri Azad Rəhimovla bağlı maraqlı bir informasiya yayılıb. İqtidar dəhlizlərində gəzən söhbətlərə görə, GİN şefinin vəzifə başında yüksəlişi gözlənilir.
Onu da bildirək ki, son zamanlar dövlətin ayrı-ayrı qurumlarında artıq kadr islahatlarına start verilib. Ən səs-küylü dəyişikliklər isə daxili işlər nazirliyində müşahidə olunur.
Məlumatlı mənbənin DİA.AZ-a söylədiyinə görə, proses təkcə DİN-dəki kadr islahatları ilə məhdudlaşmayacaq və digər dövlət qurumlarını da əhatə edəcək.
dia-az.life-a bu barədə danışan mənbənin bildirdiyinə görə, Azad Rəhimovla bağlı qərarın verilməsi haqda iqtidara aid kuluarlarda ciddi müzakirələr açılıb: «Onun baş nazir postuna gətirilməsi gözlənilir. Hələlik bu barədə danışılır. Amma real da görünür. Yəni ola da bilər. Hər şeyi qərar rəsmildəşəndən sonra görəcəyik».
Mənbə əlavə edib ki, dəyişklik qərarı daha bir neçə dövlət qurumu ilə bağlı da verilib: «Əlavə olaraq iki dövlət komitəsində ciddi dəyişikliklər gözlənilir».