İcra başçısı Natiq Aslanovla deputat əmisi rayonu “işğal edib” - Aslanovlar Naftalanı “özəlləşdirib”
Tarix: 3-12-2014, 14:10 | Çap et
Nafatalanın icra başçısı Natiq Aslanovla bağlı redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, icra başçısı son aylar şəhərin mərkəzi küçələrində bir çox obyektləri alaraq özünə şəxsi marketlər tikdirir. Ölkənin ən gənc icra başçılarından biri olan Natiq Aslanov rayonun bütün gəlirli sahələrini qohumlarının ixtiyarına verib. Xatırladaq ki, Natiq Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat olan Mahir Aslanovun qardaşı oğludur. Mahir Aslanov isə ölkəninin tanımış biznesmenlərindən biri hesab olunur və o millət vəkili seçildikdən sonra da, biznes sahəsində uğurlu layihələrini davam etdirməkdədir. Millət vəkilinin təmsil etdiyi Naftalan və Goranboy şəhərində də böyük biznes sahələrinin olduğu bildirilir.Naftalandan daxil olan və dəqiqləşdirdiyimiz məlumata əsasən “Naftalan Vannası” sağlamlıq mərkəzinə gedən yolun üstündə icra başçısı, millət vəkili və Aslanovlara yaxın qohum olan başqa bir neçə nəfərin iri obyektləri tikilib. Həmçinin Natiq Aslanovun sahibkarlıq biznesi ilə birbaşa məşğul olduğunu məlumat verən mənbə bildirir ki, icra başçısı rayonun dövlət torpaqlarını bütünlüklə zəbt edib və burada özü üçün, həm də Mahir Aslanov üçün şəxsi təsərrüfatlar yaradıb. Bu təsərrüfatlar içərisində heyvandarlıqdan tutmuş balıqçılıq sahəsinə qədər var və həmin təsərüfatları da başçının yaxın qohumları idarə edir. Daxil olan məlumatda həmçinin bildirilir ki, Natiq Aslanov Naftalan şəhərinin abadlaşdırılması üçün ayrılan 150 min manat vəsaiti sadəcə sənədləşdirmədə hansısa işə sərf edib. Çünki sənədləşdirmədə qeyd olunan küçələr və yollara yamaq vurulub. Yəni hansısa bir təmirdən söz gedə bilməz. Bildirilir ki, icra başçısı Naftalan küçələrinin yollarının təmir edilməsini özünə yaxın olan “İlqar-MR” MMC-yə həvalə edib və həmin şirkətin hesabına 150 min manat vəsait köçürüb. Mənbə qeyd edir ki, Natiq Aslanovun qarşısına qoyduğu məqsəd ondan ibarətdir ki, Naftalanda öz sahibkarlıq subyektlərini artırıb inkşaf etdirsin və yaxın gələcəkdə başqa böyük bir rayonun rəhbərliyinə göndərilsin. Apardığımız araşdırma nəticəsində İcra başçısı və onun deputat qohumu Mahir Aslanovla bağlı daha ilginc məlumatlar əldə olunub. Məlumatlara görə, Mahir Aslanov “Happy İnn” hoteli üzərindən nazirliklərlə qarşılıqlı maxinasiyalar edir. Milli Məclisdə nadir hallarda, bəzən isə heç bir zaman səsi çıxmayan deputatlardan olan, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən seçilmiş Mahir Aslanovla bağlı başqa maraqlı məlumatlar da əldə etmişik. Belə ki, redaksiyamıza verilən digər məlumata görə, böyük biznes şəbəkəsinə malik olan deputatın nəzarətində olan əsas sahələr otelçilik və mebel istehsalıdır. Deputat M.Aslanovun əsas gəlir yerlərindən biri Nəsimi rayonunun Abbas Səhhət küçəsində yerləşən “Happy İnn” hoteli sayılır. Məlumatlara görə, şəhərin heç də gediş-gəlişi gur olan yerində yerləşməyən bu hoteldə müştəri sarıdan korluq çəkilmir. Səbəbi isə çox sadədir. Redaksiyamıza məlumat verən mənbəninin sözlərinə görə, Mahir Aslanov Mədəniyyət və Turizm Nazirliyi, Gəncələr və İdman Nazirliyi və bir çox başqa nazirliklərlə anlaşma əldə edib. Həmin anlaşmaya əsasən adları çəkilən nazirliklərin xətti ilə ölkəmizə gələn qonaqlar məhz “Happy İnn” hotelinə yönləndirilirlər. Xüsusən ölkəmizə gələn idmançılar, başda futbol klubları olmaqla “Happy İnn” hotelində yerləşdirilir. Eyni zamanda, ölkəmizə gələn mədəniyyət və şou nümayəndələri də bu oteldə məskunlaşırlar.Məsələ ilə bağlı redaksiyamıza daxil olan məlumatlarda başqa bir ilginc məqam da yer alıb. Həmin məlumatlara görə, nazirliklə deputat arasındakı bu anlaşma əsasında tərəflərin hər ikisi qazanc əldə edirlər. Belə ki, xərcləri nazirlik tərəfindən çəkilən qonaqların otel xərcləri sənədlərdə bir neçə dəfə şişirdilir. Mahir Aslanov şişirdilmiş otel qiymətlərini sonradan nəğdləşdirərək əldə olunan gəlirin yarısını nazirliklərdəki və idman klublarındakı «dostlarına» geri qaytarır. Deputatın digər əsas gəlir mənbələrindən biri də mebel biznesi ilə bağlıdır. Qeyd edək ki, "Kəpəz Holdinq"ə sahib olan Mahir Aslanovun şirkətlər qrupunda bütün sahələri əhatə edən biznes şəbəkələri mövcuddur. Ötürülən səhih məlumata görə, Şirkətlər Qrupunun əsas gəlir sahəsi "Kəpəz" Mebel Salonudur. Bu salon da Həsən Əliyev küçəsində yerləşir və dövriyyəsinə görə, heç də digərlərindən geri qalmır.Deputatın nəzarətində olan salonlar şəbəkəsinin əsas yardımçısı isə Dizayn Şirkətidir. Bundan başqa, deputatın biznesinə tikinti sektoru da daxildir. Hazırda Bakının bir çox yerlərində bina inşa edən şirkətin təklif etdiyi mənzillər də ən bahalılar içərisindədir. Məlumatda o da vurğulanır ki, Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda da vaxtını İcra Hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda narazılıq yaradıb. Bildirilir ki, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Üstəlik, onun qəbuluna düşmək də mümkün deyil.Son zöz əvəzi olaraq bildirək ki, Naftalanın icra başçısı Natiq Aslanov və deputat Mahir Aslanovun rayon ərazisində yaratdığı sahibkarlıq obyektləri və təsərüfat sahələri ilə bağlı redaksiyamıza daxil olan əlavə informasiyanı araşdırdıqdan sonra oxucularımıza məlumat verəcəyik. Qarşı tərəfin də mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Ancaq buna baxmayaraq yazıda adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləyin. \\ bizimdovr.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
|