Putinin dostu Azərbaycanda hansı məmura şifrəli mesaj göndərdi? - "Darıxmasınlar, gəlirəm!"
Tarix: 5-12-2014, 14:38 |
Çap et
Azərbaycanda nazirlərin biri ilə "Qara Piar" diliylə danışmaq istəyən və elə həmin günü də sarsıdıcı məğlubiyyətlə üzləşən Rusiya prezidenti Putinin tələbə yoldaşı İlham Rəhimov Azərbaycandan qaçaq düşüb.
Mia.az-a İlham Rəhimovun ətrafından verilən məlumata görə, Rusiyaya sığınıb, oradan Azərbaycan nazirlərinə qarşı "qara kampaniya" aparan və bununla da şəxsi villasının yerləşdiyi ərazini genişləndirməyə cəhd edən İlham Rəhimov rüsvayçı məğlubiyyətdən sonra ölkəmizə qayıtmayıb.
Məlumata görə, sarsıdıcı məğlubiyyətə rəğmən, bunu həzm etməyən Putinin ərköyün dostu Moskvadan Azərbaycana şifrəli mesaj da göndərib: "Darıxmasınlar, gəlirəm!".