Xaləddin İsgəndərov Azərbaycanı tərk edir? - Başçının başqa yolu qalmayıb...
Tarix: 2-06-2015, 14:38 |
Çap et
DİA.AZ: - Binəqədi faciəsinin ardından hədəfə çevrilən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Azərbaycanı birdəfəlik tərk etməyə hazrlaşdığı barədə iddialar var. Bu barədə DİA.AZ-a informasiya daxil olub.
Xəbərə görə rayon İH başçısına qarşı sərt tədbirlərin görülə biləcəyi hələ də aktuallığını itirmədiyindən Xaləddin İsgəndərov məsuliyyətdən kənarda qalması üçün ehtiyat tədbirlərə əl atmaq zorunda qalıb.
Mənbənin dia-az.life-a söylədikləri: "Xaləddin İsgəndərov kapitulyasiya ovqatındadır. Düzdür, bu qərar kifayət qədər emosional görünə bilər. Amma onun başqa bir variantı qalmayıb".
Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...