“Nar” daha bir təhsil layihəsinə dəstək verib
Tarix: 12-01-2016, 10:58 |
Çap et
Hər zaman təhsil və maariflənmənin, elm və mədəniyyətin inkişafına xüsusi önəm vermiş “Nar” daha bir təhsil layihəsinə dəstək verib.
Mobil operatordan verilən məlumata görə, “Sinif icmaları” plan müsabiqəsi şagirdlərin bilik və bacarıqlarının artırılması, onların fərdi inkişafı və qarşılıqlı ünsiyyət imkanlarının gücləndirilməsinə yönəldilmiş bir layihə idi.
“Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında keçirilmiş müsabiqə qalibləri öz sinif planlarının ən yaxşı olduğunu sübut edərək qiymətli hədiyyələrə layiq görüldülər. Təhsil Nazirliyinin dəstəyi və aralarında “Nar” mobil operatorunun da
olduğu bir sıra şirkət və qurumların tərəfdaşlığı ilə keçirilmiş müsabiqə ölkədə təhsilin inkişafına öz töhfəsini vermiş daha bir uğurlu aksiya olub.