Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Azəryolservis"in idarəsində fəhlə yerlərini satışa çıxarılıb
"Azəryolservis"in idarəsində fəhlə yerlərini satışa çıxarılıb15-02-2016, 12:27 |
"Azəryolservis"in 9 saylı Ağstafa yol yaşıllaşdırma idarəsinin rəisi Rzayev Fəxrəddin idarədəki fəhlə yerlərini satışa çıxarıb. Arqument.az-a idarənin işçilərindən daxil olan məlumatda bildirilir ki, Fəxrəddin Rzayev idarənin işçilərini heç bir ciddi səbəb olmadan, əsassız bəhanələrlə işdən çıxarır və onların yerinə 300-500 manat rüşvət alaraq yenilərini təyin edir. İşdən azad etdiklərinə "krizisdi, ixtisar gedir" deyən Fəxrəddin Rzayev daha sonra rüşvət alaraq yeni fəhlələr götürür. Onun işçiləri alçaltdığını, onları təhqir etdiyi də iddia olunur. Rzayev Fəxrəddin fəhlə kimi adını idarəyə yazdırdığı oğlunu fəhlələrə qeyri-rəsmi başçı qoyub. Ata-bala Rzayevlər idarənin su maşınlarını "xalturaya" göndərir, işçiləri onlara aid olmayan işlər gördürərək iş adamlarından pul alır və pulu da öz ciblərinə qoyurlar. Hətta iş vaxtı bitmiş işçiləri işdən işlədir və pulunu mənimsəyirlər. İşlərini itirmək istəməyən yazıq fəhlələr isə etiraz edə bilmir və Rzayevlərin dediyini yerinə yetirmək məcburiyyətində qalırlar. Onların təhqirlərinə və idarə daxilində yaratdıqları quldarlıq sisteminə qarşı çıxanlar, əks-reaksiya verənlər isə "qara siyahıya" düşür və bir neçə gündən sonra işdən qovulurlar. Hər qovulan işçinin yerinə isə 300-500 manat arası rüşvət alınaraq yeni işçi götürülür. Şikayətçi bildirir ki, Fəxrəddin Rzayevin oğlunun qanunsuz hərəkətlərinə görə onu bir dəfə Qazax Gömrük İdarəsindən, bir dəfə də Ağstafa Dəmir Yol İdarəsindən işdən qovublar. İndi isə oğlunu yaşıllaşdırma idarəsinə fəhlə kimi işə götürən ata Rzayev buranın işçilərini onun ixtiyarına verib. İşçilər isə onun özbaşınalığından, kobud rəftarından təngə gəliblər. Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Mövzuya qayıdacağıq. Geri qayıt |