Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > TQDK ləğv olunmur, amma sədri dəyişdiriləcək...
TQDK ləğv olunmur, amma sədri dəyişdiriləcək...23-02-2016, 11:53 |
DİA.AZ: - Neçə vaxtdır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv ediləcəyi haqda informasiyalar yayılır. Bu fonda paralel olaraq həm də Azərbaycanda test üsulunun da aradan qaldırılacağı söylənilir və hətta təhsil naziri Mikayıl Cabbarovun özü belə bu mövzuda fikirlərini bğlüşür. Nə baş verir? Bununla bağlı DİA.AZ-a danışan mənbə iddia edir ki, əslində neçə müddətdir ki, TN rəhbərliyi TQDK-ya qarşı kampaniya aparırlar: "Buna səbəbsə TQDK-nın davamlı olaraq TN-ni yarıtmaz fəaliyyətdə, qeyri-oeşəkar dərsliklərdə və digər bu kimi məsələlərdə ittiham etməsidir. Görünəni odur ki, Cabbarov Abbaszadəyə elə öz dilində - yəni ittihamlarla cavab verərək vəziyyətdən çıxamağa çalışır". Mənbə dia-az.life-a açıqlamasında bildirir ki, amma artıq vəziyyət həqiqətən də münasibətlərin aydınlaşdırılması həddinə qədər gərilib: "TQDK təbii ki ləğv olunmayacaq. Amma xanım Abbaszadə də o postda uzun müdət otura bilməz. Bu iki dövlət qurumu əl-ələ verib işləmək zorundadır. "Yuxarıların" da tələbi bundan ibarətdir. Amma aradakı intriqalar əməkdaşlığı imkansız etdiyindən TQDK rəhbərliyinə əl gəzdirilməsi zərurəti meydana çıxıb. Digər yandan da Elnur Nağızadə ilə bağlı yaranmış qalmaqallı durum də Məleykə Abbazsadənin neqativi kimi dəyərləndirildi və onunla bağlı qərarın verilməsini daha da rahatlatdı". Mənbə iddia edir ki, nə test üsulu, nə də TQDK ləğv olunmayacaq: "Amma kadr islahatları mütləq aparılacaq". Geri qayıt |