Əsas Səhifə > Güney Press, Reklam > NIKOIL | Bank-ın səhmdarlarının növbəti yığıncağı keçirilib

NIKOIL | Bank-ın səhmdarlarının növbəti yığıncağı keçirilib


1-03-2016, 09:20
NIKOIL | Bank-ın səhmdarlarının növbəti yığıncağı keçirilib
17 fevral tarixində Moskva şəhərindəNIKOIL | Bank-ın əsas səhmdarı "LUKOYL" neft şirkətinin Prezidenti Vahid Ələkbərovun iştirakı ilə səhmdarlarının növbəti yığıncağı keçirilib. Yığıncaqda NIKOIL| Bank-ın İdarə Heyətinin Sədri Vasiliy Xamaza 2015-ci il ərzində görülən və 2016-ci ildə görüləcək işlər haqqında məruzə ilə çıxış edib.Toplantının yekununda aşağıdakı qərarlar qəbul edilmişdir:
1. 2015-ci ildə Bankınfəaliyyətinin nəticələri nəzərə alınsın və 2016-cı il üçün əsas maliyyə göstəriciləri və iş planları təsdiq edilsin.
2. PWC (Price Waterhouse Coopers) auditor şirkəti ilə birlikdəBankın 2019-ci ilə qədər strateji inkişaf planı hazırlansın.
3. Müştərilərlə hesablaşmaların fasiləsizliyini təmin etmək üçün 15 mln. ABŞ dolları həcmində ehtiyat fondu yaradılsın.
4. Bankın müasir iqtisadi şəraitə cavab verən yeni təşkilati strukturu təsdiq edilsin.
Yığıncağın gedişatında xüsusi ilə qeyd olunmuşdur ki, 2015-ci il ərzində maliyyə bazarlarının dəyişikliklərini nəzəzrə alaraq, Bank öz likvidliyini kifayət qədər yüksək səviyyədə qoruyub saxlaya bilib və müştərilərlə hesablamalarda heç bir əngəllərin yaranmasına yol verməyib. Bankın müştəri bazası 10%, müştəri hesabları üzrə əməliyyatlar isə 50% artıb ki, buda öz növbəsində müştərilərin Banka və onun əsas səhmdarına inamın artmasını ifadə edir.

Bugün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

Geri qayıt