Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Bugatti" sürən icra başçısı...

"Bugatti" sürən icra başçısı...


9-03-2016, 12:24
"Bugatti" sürən icra başçısı...
Vaqif Abdullayev ən qalmaqallı icra başçılarından biri kimi tanınır. Son 4 ildə Beyləqana rəhbərlik edən bu şəxsin adı daha çox müxtəlif maxinasiyalarda, büdcə vəsaitlərini təyinatı üzrə xərcləməməkdə və ən əsası biznes layihələrində hallandırılıb. Amma çox maraqlıdır ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı barəsində yazılan tənqidlərdən heç bir nəticə çıxarmayıb. Başqa sözlə desək, onun rayonun abadlaşması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri talamaq həvəsi bitib-tükənmək bilmir. O bu rayona şəxsi əmlakı kimi yanaşmaqla öz bildiyini edir. Xatırladaq ki, icra başçısı bir müddət əvvəl oğluna ad günündə 300 min manatlıq maşın bağışlamaqla gündəmə gəlmişdi. Daha sonra isə məmurun özünə dəyəri 1,5 milyon manat olduğu deyilən “Bugatti” markalı avtomobil alması xəbəri yayıldı. İddia edilir ki, icra başçısı maşını öz adına rəsmiləşdirməyib. Amma etibarnamə ilə sürür və üstəlik, Beyləqanda gözə görünməməyə çalışır. Onun Bakıda istədiyi zaman istirahətə gələndə “Bugatti” sürdüyü iddia olunur. Bundan başqa, Vaqif Abdullayevin “Gənclik” metrosu yaxınlığında bu yaxınlarda özünə 2 milyon manata villa aldığı deyilir. Əldə etdiyimiz məlumatlara əsasən Vaqif Abdullayevin Xızı rayonunda da villası və istirahət mərkəzi var. Ancaq bunlar məmurun biznesinin heç də hamısı deyil. Növbəti yazıda icra başçısının Bakıdakı obyektlərinin siyahısını dərc edəcək və Beyləqanda hansı məmurların ona aylıq verməsi barədə söhbət açacağıq. Bizi izləyin. Qarşı tərəfi də dinləyə bilərik.

"Bugatti" sürən icra başçısı...
"Bugatti" sürən icra başçısı...

Geri qayıt