Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sinəmizə çəkdiyimiz tüstü generalın cibini necə doldurur...
Sinəmizə çəkdiyimiz tüstü generalın cibini necə doldurur...14-03-2016, 11:14 |
"Aksiz Baş Gömrük İdarəsinin işçiləri qaçaqmal yolu ilə aksiz nişanı olmayan malları, siqaret və spirtli içkiləri alver məntəqələrinə dağıdırlar". Qaynar.info-nun verdiyi xəbərə görə, "Yenicağ" internet resursunda dərc olunan araşdırmada səslənən bu iddia kifayət qədər ciddi mətləblərdən xəbər verir. Həmin araşdırmanın altuallığını nəzərə alıb oxucularımıza təqdim edirik: Son zamanlar Bakıda, Sumyqayıtda, Gəncədə və Azərbaycanın digər şəhərlərində üzərində aksiz nişanı olmayan siqaretlərin satışı kütləvi xarakter almağa başlayıb. Qeyd edək ki, əgər bir il əvvəl Bakıda aksizsiz siqaretlər çox az yerlərdə və gizlin satılırdısa, indi demək olar ki, siqaret satılan bütün alış-veriş məntəqələrində aksizsiz siqaretlər açıq şəkildə satılmaqdadır. Sadəcə alıcının satıcıdan aksizsiz xarici siqaret istəməsi yetərlidi. Aksizsiz satılan siqaretlər əsasən xaricdə istehsal olunan “Marlboro”, “Kent” kimi bahalı siqaretlərdi və aksizsiz siqaretlər bir qayda olaraq eyni, lakin aksizli siqaretlərdən cüzi ucuz satılır. Bəs aksizsiz siqaretlər ölkəyə necə daxil olur və kütləvi şəkildə satışa kim tərəfindən çıxarılır. Astara Gömrük İdarəsindən şikayətçi olan vətəndaş təsadüfən siqaret qaçaqmalçılığının ustalıqla qurulmuş şəbəkəsinin üstünü açıb. Yenicag.az-a şikayətçi düşən vətəndaş sözarası Astara Gömrük İdarəsində çalışan Şövqü adlı birisinin ondan İrandan hər dəfə 15-20 blok “Marlboro”, ya da “Kent” siqareti alıb gətirməsini tapşırdığını söylədi. Siqaret qaçmaqçılığı ilə əvvəldən də maraqlandığımız üçün bu fakt bizə maraqlı gəldi və biz Astara Gömrük İdarəsində kiçik bir araşdırma aparmağa qərar verdik. Və deyək ki, araşdırmamız nəticəsində bizim belə gözləmədiyimiz maraqlı vəziyyətlə üz-üzə gəldik. Astara Gömrük İdarəsində nə baş verir? Qeyd edək ki, gömrük sahəsində strateji nöqtələrdən biri olan Astara Gömrük İdarəsinin rəisi təqribən 10 ay əvvəl, 13 may 2015-ci ildə dəyişdirilib. Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin əmri ilə Astara Gömrük İdarəsinə Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov təyin olunub. Bizim araşdırmamız nəticəsində məlum olub ki, Sücəddin Hüseynov gömrükdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilovun yaxın adamı kimi tanınır. Elə Sücəddin Hüseynovun strateji əhəmiyyəti ilə və qazancının çoxluğu ilə seçilən Astara Gömrük İdarəsinə rəis gətirilməsində Aksiz Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilovun himayəsinin əsas rol oynadığı bildirilir. Araşdırmamız zamanı məlum oldu ki, Ehtiram Xəlilovun himayəsində olan Sücəddin Hüseynov Astara gömrüyünə gələr-gəlməz burda öz “sistemini” formalaşdırıb və bu sistemin başına Şövqü adlı qaynını bu “sistemin” başına keçirib. İndi Astara gömrüyündə hər şey Şövqünün nəzarəti altında “fırlanır”. Astara gömrüyündə ikinci güclü adam isə Sücəddin Hüseynovun şəxsi aşpazı hesab olunur. (Sücəddin Hüseynovun həmin aşpazı hara getdiysə özüylə aparır, bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik). Astaradan əlaqə saxladığımız onlarla şəxs bizə bildirdi ki, Şövqü Astara gömrüyündən keçən bütün mallşarı öz nəzarəti altında saxlamaqla yanaşı siqaret qaçmalçılığı ilə də məşğul olur. Sistem isə çox sadədir. Belə ki, İran İslam Respubilkasınna gündəlik gedib gələn bir çox xırda ticarətçilərimiz Şövqünü kiçik bir şərti ilə hesablaşmaq məcburiyyətində qalıblar. Sərhədi keçən və axşama geri qayıdan yerli əhalidən Şövqü İrandan 15-20 blok siqaret gətirməyi istəyir. Bu şərtlə razılaşan hər kəs demək olar ki, problemlə üzləşmir. Çünki olar gün ərzində sərhədin o tərəfinə keçib daha ucuz qiymətə olan müxtəlif ədviyyatlar, mallar gətirirlər. Gömrük rəisinin qaynın təklifi isə onların işlərini çox asanlaşdırır. Həmçinin Şövqü siqaretin pulunu da verdiyinə görə heç kimdə ciddi narazılıq da yaratmır. Bizimlə həmsöhbət olanlar bildirdilər İranda siqaret Azərbaycanda olduğundan iki-üç dəfə ucuzdur. Misal üçün “Marlboro” siqareti təqribən 1 dollara, “Kent” siqareti isə 0,78 dollaradır. Azərbaycanda isə həmin siqaretlər müvafiq olaraq 4 manata, 3 manata satılır. Həmin siqaretlər gömrük qeydiyyatına alınmır və birbaşa qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir. Apardığımız araşdırma nəticəsində bəlli oldu ki, Şövqü hər gün İrandan 500 blokdan artıq siqaret keçirir. Toplanan həmin siqaretləri isə həftədə bir dəfə Bakıdan gəlib aparırlar. Təkcə Astara Gömrük İdarəsindən ölkəyə qaçaqmal yolu ilə keçirilən siqaretin satışından hər ay təqribən 200 min manat gəlir əldə edilir və bizim araşdırmamıza görə bu gəlirin təqribən 30 faizi Sücəddin Hüseynova və Şövqüyə çatır. Siqaret qaçaqmalçılığının arxasındakı güc Astarada apardığımız araşdırmadan belə məlum oldu ki, Şövqü öz yaxın ətrafına siqaret qaçaqmalçılığının arxasında Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilov dayandığını söyləyir. Həftədə bir dəfə İrandan gətirilən siqaretləri Bakıya aparanların da məhz Ehtiram Xəlilovun adamlarının olduğu bildirilir. Qeyd edək ki, ölkədə aksizli malların satışına nəzarəti məhz Aksiz Baş Gömrük İdarəsi həyata keçir. Marketlərdə və qəzet köşklərində satılan aksizli malların satışışına nəzarəti həyata keçmrən bu qurum həmçinin üzərində aksiz markası olmayan malları müsadirə etmək və satışı həyata keçirən alver mənqəsini cərimələmək hüquqna malikdir. Bizim apardığımız araşdırma nəticəsində isə məlum oldu ki, məhz Aksiz Baş Gömrük İdarəsinin işçiləri qaçaqmal yolu ilə aksiz nişanı olmayan malları, siqaret və spirtli içkiləri alver məntəqələrinə dağıdırlar. Əldə etdiyimiz məlumata görə, aksiz markası olmayan mallar, siqaret və spirtli içkilər təkcə Astara Gömrük İdarəsindən ölkəyə daxil olmur. Demək olar ki, Ehtiram Xəlilov bütün gömrük məntəqələrində aksizli malların ölkəyə daxil olmasını təşkil edir. Bu mallar isə bir qayda olaraq siqaret və spirtli içkilərdir. Ölkəyə qaçaqmal yolu ilə daxil olan aksizsiz mallar barədə daha geniş və ətraflı araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |