Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bu YDM-də fırıldağın yeni üsulu icad olunub
Bu YDM-də fırıldağın yeni üsulu icad olunub17-03-2016, 11:13 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən Bakı sakini Şərifov Mahir bildirir ki, dünən Səbail rayonu Badamdar qəsəbəsində yerləşən və maraqlıdır ki, adı olmayan Yanacaq Doldurma Məntəqəsində fırlldağın qurbanı olub. Vətəndaşın DİA.AZ-a yazdığına görə, dünən qeyd olunan ərazidəki fiziki şəxs Ramiz Əhmədovun adına qeydiyyatda olan YDM-yə yaxınlaşıb: "Maşınıma 30 manatlıq 92 oktanlı benzin vurulmasını sifariş etdim və ilk başdan tələb etdim ki, benzini sürətini 1-ci şkalayla müəyyən etsinlər. Dediyimi etdilər. Amma ilk gördüyümə inana bilmədim. Benzin şlanqdan buraxılan kimi artıq sayğacda 1 manat 52 qəpik görünürdü. Yəni guya maşınıma artıq 1 manat 52 qəpiklik benzin vurulub". "YDM-in işçilərinə şikayət etsəm də, xeyri olmadı" deyən Bakı sakini dia-az.life-a müraciətində onu da qeyd edib ki, bununla bağlı İqtisadi İnkişaf Nazirliyinin "qaynar xətti"nə də xəbər verib. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |