Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > MTN generalı köçkün düşərgəsini necə zəbt edib?

MTN generalı köçkün düşərgəsini necə zəbt edib?


28-03-2016, 13:18
MTN generalı köçkün düşərgəsini necə zəbt edib?
Ləğv edilən MTN-nin sabiq generalı, MTN-nin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyevin Novxanıda, dənizkənarı ərazidə tikdirdiyi villanın bir hissəsi, daha doğrusu yardlmçı təsərrüfatlar sistemi məcburi köçkünlər üçün ayrılan ərazidə inşa edilib. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, bir neçə il bundan öncə ərazidə nəhəng tikinti layihəsinə start verən MTN generalı, magistral yolun digər hissəsində olan qaçqın düşərgəsinin bir hissəsini də hasara alaraq orada başqa bir villa, avtomobil dayanacağı, it damı və s. inşa etdirib. Həmin vaxt qaçqın düşərgəsinə məxsus ərazinin MTN generalı tərəfindən zəbt edilməsi məcburi köçkünlərin ciddi narazılığına səbəb olsa da, o zaman kimsə baş verənlərə etiraz etməyə cəsarət etməmişdir. Odur ki, bu gün M.Şıxəliyevin Novxanıdakı villasının önündə yerləşən daha bir villa və yardımçı təsərrüfatlar sistemi Eldar Mahmudov komandasının “qızıl dövrünün” yadigarı olaraq qalmaqdadır. Bu yadigarın ömrünün nə qədər olacağına isə zaman və bir də MTN işi”ni araşdıran istintaq qrupu qərar verəcək.

Geri qayıt