Əsas Səhifə > Güney Press, Reklam > Pulsuz göz müayinəsi
Pulsuz göz müayinəsi29-03-2016, 17:15 |
Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası indiyə qədər valideyn himayəsindən məhrum olan minlərlə uşağa həmçinin, ahıllara və aztəminatlı ailələrə xidmət göstərib. Kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərən klinikanın həkimləri bu dəfə Mərdəkan və Pirallahı qəsəbələrində yaşayan Rus icmasının nümayəndələri üçün pulsuz müayinələr aparıblar. Nəticədə 99 nəfər müayinədən keçib ki, bunların da 33 nəfərinə eynək reseptləri yazılıb, 15 nəfərə isə müalicə təyin olunub. Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar. Geri qayıt |