Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hərbi əlil dözülməz vəziyyətdə yaşayır...
Hərbi əlil dözülməz vəziyyətdə yaşayır...30-03-2016, 12:23 |
DİA.AZ bildirir ki, Salyan rayonu Beşdəli kənd sakini 2-ci qrup hərbi əlil Ağayev Şakir Saleh oğlu müraciətində düşdüyü durumdan çıxmaq üçün dərdinə çarə axtarır. Şakir Ağayevin 33 yaşı var. 2000-ci ildə hərb xidmətdə çağrılıb. 2001-ci ildə hərbi hissələrin birində hərbi tapşırığı yerinə yetirək ciddi bədən xəsarətləri alıb. Uzun müddət aldığı müəlicədən sonra sağ qolu işlək vəziyətini tamamən itirib. Hal hazırda 2 ci qrup əlildir. 157 manat pensiya, 166 (uşaq pulu ilə brgə) prezident təqaüd alır. Ailəlidir, 3 azyaşlı övlad atasıdır. Söylədiyinə görə, iş qabiliyyəti olmadğından aldığı məvaciblə bir təhər dolanır. Lakin onun problemi evsizlik; daha doğrusu, dözülməz şəritdə yaşadığı darısqal daxmadır. (Həmin şəraiti əks etdirən fotoları zəruri səbəblərdən təqdim etmirk) Şakir Ağayev həmçinin bildirir ki, dəfələrlə ƏƏSM Nazirliyinə çoxsaylı müracitələr edib. Özünə məxsus həyətyanı sahədə yaşayış evinin tikilməsi məqsədilə nazirlikdən yardım istəyib, lakin müracitlərinin heç birinə cavab almayıb. Maraqlıdır ki, ona heç əlillərə verilən avtomobillərdən almaqda bu günədək nəsib olmayıb . Sakir Ağayev ölkə rəhbərliyindən, o cümlədən cabadeh qurumlardan, bir sözlə hər kəsdən ona yardımçı olmağı xahiş edərək ev istəyir. P.S. Təsadüfən ƏƏSM Nazirliyi bu qəbildən olan insanların evsizlik problemini opertiv həll etmək fikrinə düşsə onda yeni binaların tikintisinə sifariş verib hazir olmasını gözləməyə dəyməz . Sadəcə bir hədd müəyyənləşdirib əlilin şəxsi hesabına vəsait köçürülsə istəyən öz evini tikər istəyən isə satışda olanlardan alar. Nəzərə almaq lazımdır ki, bu təklif vaxt və vəsaitə qənaət baxımından hər iki tərəf üçün də əlverişlidir. Geri qayıt |