Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gəncənin də öz "Çovdarovu" var imiş...

Gəncənin də öz "Çovdarovu" var imiş...


31-03-2016, 11:56
Gəncənin də öz "Çovdarovu" var imiş...
Təhsil nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəsinin qanunsuz əməlləri davam edir.

Təhsil nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Ceyhun Mirzənin qanunsuz əməllərindən, məktəb direktorlarını şantaj etməsindən, şəhərdə təhsil müəssisələrindən aylıq pul, daha doğrusu rüşvət tələb etməsindən bəhs etmişdik.

“Hurriyyet.az” etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, yazılan faktlarla bağlı və Ceyhun Mirzənin keçmiş MTN naziri Eldar Mahmudovla yaxın əlaqədə olması ilə bağlı adıçəkilən şəxsin fəaliyyəti ciddi araşdırılır.
Mənbə onu da qeyd edir ki, Ceyhun Mirzə, sabiq nazir Eldar Mahmudovun qanunsuz tapşırıqlarını icra edərək bir sıra məmuru şantaj etməklə onlardan küllü miqdarda rüşvət tələb etmişdir. Hətta, bu yolla Eldar Mahmudovun qohumu, Təhsil nazirliyində Daxili Nəzarət Şöbəsinin rəisi Kənan Quliyevin arzu və istəklərini də həyata keçirən Mirzə qısa zamanda şəhərdə ən varlı məmur olub.

Hazırda əldə etdiyi kirli pullarla bir neçə villanın sahibi olan bu şəxs, Gəncədə avtomobil biznesi ilə məşğul olur. Təhsil müəssisələrini soymaqla əldə etdiyi pullarla son model avtomobillərin sahibinə çevrilən Ceyhun Mirzənin qısa zamanda cəzalandırılacağını qeyd edən mənbə bu şəxsin qaranlıq qalan əməllərinin də ictimaiyyətə açıqlanacağını bildirir.

Xatırladım ki, Təhsil nazirliyində yaradılan Daxili Nəzarət Şöbəsinin rəisi Kənan Quliyev sabiq nazir Eldar Mahmudovun yaxın qohumudur. Bundan başqa Eldar Mahmudovun təhsil sisteminə nəzarətdə əsas adamı sayılan bu şəxs Ceyhun Mirzənin dostudur.

Bundan başqa, Ceyhun Mirzə, MTN Sumqayıt şöbəsinin rəisinin yaxın qohumu olmaqla yanaşı özünü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, adı 170 min manat rüşvət almaqda hallanan Hicran Hüseynovanın yaxın qohumu sayır. Gəncə təhsilinin Akif Çovdarovu kimi ad çıxaran bu şəxs, “Hicran xanımın qohumuyam, kimsə mənə heçnə edə bilməz”- deməklə qanunsuz əməllərini davam etdirməkdədir.

Qeyd edim ki, əvvəllər özünü Eldar Mahmudovun yaxın adamı kimi qələmə verən və burda həqiqəti deyən Ceyhun Mirzənin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanımla qohum olub – olmadığını araşdırırıq. Bu barədə növbəti sayımızda məlumat verəcəyik.

Xatırladım ki, Ceyhun Mirzənin qanunsuz fəaliyyəti hansı dövlət quqrumu tərəfindən nəzarətə götürüldüyü bizə məlumdur. Ümid edirik ki, dövlətin bu qurumu Gəncə təhsilinin ÇOVDAROVUNUN özbaşınalığına son qoyacaq və Ceyhun Mirzənin şantaj edib hüquqlarını pozduğu şəxslərin səsinə səs verəcək.

Geri qayıt