Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Məktəb direktorlarına qoyulan rüşvət öhdəliyi
Məktəb direktorlarına qoyulan rüşvət öhdəliyi7-04-2016, 12:12 |
Beyləqanda orta məktəblərdən total şəkildə haqq yığılır. Bu barədə JAM.AZ-a rayondan məlumat verib. Məlumatda deyilir ki, rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun göstərişinə əsasən pul yığımı kampaniyasının bir sıra səbəbləri var. Onların ən başlıcası bu yaxınlarda aparılan maliyyə yoxlamalarıdır. Hələ bir neçə gün əvvəl Azerinews.org saytı bununla bağlı geniş məlumat vermişdi. Sayt yazırdı ki, Tofiq Sadıqov Ağcabədi Regional Maliyyə İdarəsinin rəisinə 200 min manat veriləcəyini əsas götürərək, direktorlara haqq qoyub. Bu əsnada ortaya çıxan yeni məlumatlarda isə Beyləqan təhsilində baş verən özbaşınalıqların ən pik həddə olduğu diqqəti çəkir. JAM.AZ-a verilən məlumata görə, gələn xəbərlərdə Beyləqan Təhsil Şöbəsinin əliylə yığılan pulların siyahısı üzə çıxıb. Tofiq Sadıqovun tələbi əsasında hər bir orta məktəbin direktoruna haqq qoyub və bu pulun qısa müddətdə verilməsini tələb edir. Pulu alınmış məktəblərin siyahısını təqdim edirik: - Birinci Şahsevən kənd Əli Rüstəmov adına 2 Saylı orta məktəb- 7500 manat; - Qaradağlı kənd orta məktəbi- 4500 manat; - 1 Saylı orta məktəbi- 5000 manat; - Şəhər 2 saylı Orta Məktəb- 6000 manat; - 6 saylı orta məktəb- 5000 manat; - Çəmənli kənd orta məktəbi- 5500 manat; - Dünyamalılar orta məktəbi- 6500 manat. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |