Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hakerlərimiz erməni saytlarını dağıdıb, bu şüarı yazdılar:
Hakerlərimiz erməni saytlarını dağıdıb, bu şüarı yazdılar:9-04-2016, 14:16 |
DİA.AZ: - Son günlər Azərbaycanın cəbhəyanı bölgələrində atəşkəsin intensiv pozulması, dinc sakinlərin düşmən istiqamətindən atəşə tutulması, cəbhə bölgəsində gedən ağır döyüşlərdə əsgərlərimizin göstərdiyi güc, igidlik nəticəsində geri alınmış torpaqlarımıza şanlı Azərbaycan bayrağının sancılması hər bir Azərbaycan vətəndaşının diqqət mərkəzindədir. Qarabağ ərazisində gedən döyüşlər hər kəs tərəfindən böyük həyəcan və diqqətlə media və sosial şəbəkələrdə yaxından izlənməkdədir. Baş verən hadisələr fonunda vətəndaşlarımızın ordumuza olan böyük sevgisi, diqqəti və qayğısı necə mübariz, güclü bir millət olduğunu bir daha bütün dünyaya sübut etdi. Damarlarından Azərbaycanlı qanı axan hər bir Azərbaycan vətəndaşını sevindirmək, əsgərlərimizə göstərdikləri qəhrəmanlıqlara təşəkkür bildirmək üçün bu gün Azərbaycanlı "Anti-armenia Team" xaker qrupu tərəfindən ermənistanın bir sıra saytlarına hücum xarakterli kiber əməliyyat həyata keçirilmişdir. Hücuma məruz qalmış veb saytlarda vətənpərvərlik ruhunda səslənən musiqi fonunda "intiqama çağırır, susmaq bilməyir cəngi", "dünənki mərdliyinin bu gün gəlib zamanı", "səni gözləyir meydan, döyüşlərin sultanı", "igidim, canım mənim", "haydı, aslanım mənim", "marş irəli, Azərbaycan əsgəri", "dönməz geri Azərbaycan əsgəri" şüarları yazılmışdır. Darmadağın edilən erməni saytlarının siyahısı: MAIL.NT.AM ----------- http://www.hack-mirror.com/429949.html INGAANUSH.AM ------------- http://zone-h.org/mirror/id/25959328 http://www.hack-mirror.com/429980.html MEDIAEDUCATION.AM ------------------ http://zone-h.org/mirror/id/25959290 http://www.hack-mirror.com/429704.html MEDIAFORUM.AM -------------- http://zone-h.org/mirror/id/25959292 http://www.hack-mirror.com/429976.html ARMYANE.NT.AM -------------- http://zone-h.org/mirror/id/25959296 http://www.hack-mirror.com/429974.html TRANZIT.RADIOJAZZ.AM --------------------- http://www.hack-mirror.com/429982.html Geri qayıt |