Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Burda körpələrimizin sağlamlığına qəsd olunur...

Burda körpələrimizin sağlamlığına qəsd olunur...


11-04-2016, 10:21
Burda körpələrimizin sağlamlığına qəsd olunur...
Baş həkimdən şikayətçi düşənlər əsasən xəstəxanada rüşvətin tüğyan etdiyini vurğulayırlar. Saytımızın apardığı araşdırma nəticəsində məlum olub ki, işçilər xəstəxanada kimsəni saymırlar. Qayda-qanunda yoxdur. Üstəlik, baş həkimin də maraqlı mütləq təmin olunmalıdır. Rəfəyel Mustafayevin rəhbəri olduğu qurumda tibb bacıları xəstələrə iynə vurmaq, uşaq tutmaq, onların tualetə getməsini təmin etmək adları altında xəstələrdən pul tələb edirlər. Bu barədə edilən şikayətlərə də əhəmiyyət verən olmur. Bərdə Uşaq Xəstəxanasında təkcə bunlar yaşanmır. Həmçinin digər problemlər də var ki, onların da altından pul çıxdığı diqqəti çəkir. Məsələn, xəstəxananın cərrahı Baxşeyiş Möhübbətov xəstələrə qan uddurur. Onun üçün hər şey pula bağlıdır. Hətta insan həyatı belə. Elə bu səbəbdəndir ki, Möhübbətov ən kiçik əməliyyatlara belə böyük məbləğdə pullar tələb edir. Aydın məsələdir ki, bütün bunlar Rəfayel Mustafayevin başının altından çıxan məsələdir. Çünki alınan hər bir pul yekunda onun da cibinin dolmasını təmin edir. Yəni, xəstələrdən alınan məbləğlər ayın sonunda baş həkimlə razılaşdırılmış şəkildə bölüşdürülür.

Geri qayıt