Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İcra başçısının adı yeyintidə hallanır
İcra başçısının adı yeyintidə hallanır11-04-2016, 10:33 |
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının axsadığı əsas rayonlardan biri də Ağstafadır. Vizual.az-ın verdiyi xəbərə görə, rayon rəhbərliyinin dövlət büdcəsindən ayrılan vəsait təyinatı üzrə istifadə etməməsi ciddi problemlərə yol açıb. Son 4 il ərzində rayonda yeni iş yerlərinin açılması, abadlıq-quruculuq işlərinin görülməsi üçün Bakıdan verilən tapşırıqlar nəticəsiz qalıb. Məhərrəm Quliyev naziri saymır? Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyərək özü üçün biznes şəbəkəsi qurduğuna dair məlumatlar var. Tikintiyə ayrılan vəsaitlər "təyinatı” üzrə məhz tikintiyə yatırılıb, ancaq bir fərqlə- bu tikintilər dövlət vəsaiti hesabına aparılsa da, əslində icra başçısının şəxsi obyektləri sırasına əlavə edilib. Başqa sözlə, dövlətin pulu, vətəndaşların vergisi hesabına icra başçısı özü üçün yeni-yeni obyektlər tikdirib. Vəsaiti mənimsəməyin digər yolu isə bunu "qanuniləşdirmək” olub. Bunda isə Məhərrəm Quliyevin köməyinə rayonda abadlıq-qurulculuq, tikinti işlərinin aparılması üçün şirkətlərin müəyyən edilməsi məqsədilə keçirilən tenderlər olub. Hansısa "səbəbdən” həmin tenderlərin əksər hissəsini icra başçısının Malik adlı qohumunun rəhbərlik etdiyi şirkətlər "udub”. İcra başçısını fəaliyyətindən narahat olanlar təkcə rayon sahibkarları deyil. Kənd təsərrüfatı naziri Heydər Əsədov da Məhərrəm Quliyevin fəaliyyətindən narazıdır. Nazirin rayona ayrılan subsidiyaların icra başçısı tərəfindən mənimsənilməsi ilə bağlı daxil olan məlumatları araşdırlmasından sonra bu barədə daha yuxarı instansiyalara məlumat verdiyi və icra başçısının fəaliyyətindən narazılığını ifadə etdiyi bildirilir. Yoxa çıxan 2 milyon Rayona ayrılan vəsaitlərin Məhərrəm Quliyev tərəfindən "ərdilməsinə” rəqəmlərlə diqqət yetirək: Prezident İlham Əliyevin 20 iyun 2015-ci ilə sərəncamı ilə Heydər Əliyev Muzey-Mərkəzində yenidənqurma və əsaslı təmir işləri üçün dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Bundan 2 ilə yaxın bir vaxt keçsə də, təmir işləri hələ də yekunlaşmayıb. 2015-ci ilin yekun hesabatında mərkəzdə 150 nəfər rayon sakininin çalışdığını qeyd olunub. Lakin rayon sakinlərinin Vizual.az-a verdiyi xəbərə görə, mərkəzdə yenidənqurma işləri faktiki dayandırılıb, nə vaxt başlanacağı isə qeyri-müəyyən vaxtadək təxirə salınıb. Eyni hal rayonunun Musiqi və İncəsənət Mərkəzinin tikintisində də müşahidə olunur. Ötən ilin dekabrında istifadəyə verilən Fizioterapiya və Tibbi Bərpa şöbəsinin təmirində isə qüsurlar aşkarlanıb. M.Quliyev prezident sərəncamı ilə ayrılan vəsaiti şəxsi biznes layihələrinə sərf etdiyindən tələm-tələsik kosmetik təmirlə kifayətlənib. Bununla da prezidentin ən yüksək standartlara cavab verən səhiyyə ocaqları, diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi ilə bağlı verdiyi tapşırıq yerinə yetirilməyib. Geri qayıt |