Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qarabağ əlilləri vergi özbaşınalığına görə intihara hazırlaşırlar...

Qarabağ əlilləri vergi özbaşınalığına görə intihara hazırlaşırlar...


12-04-2016, 19:13
Qarabağ əlilləri vergi özbaşınalığına görə intihara hazırlaşırlar...
DİA.AZ: - Bir qrup Kənd təsərrüfatı məhsullarının ixracçıları olan Qarabağ əlilləri və müharibə veteranları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb. Bir nüsxəsi da DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Möhtərəm Prezident. Biz Qarabağ əlilləri silsilə olaraq dəfələrlə Sizə müraciət etmişik. Narahatçılığa görə üzr istəyirik. Ancaq haqsızlıq son həddə çatdığı üçün yenə də müraciət edirik. Bu haqsızlıq bizi intihar etməyə vadar edir.

Möhtərəm Prezident. Biz kənd təsərrüfatı məhsulları ixrac etmişik, vergi və rüsumları ödəmişik. Vergi adutçiləri vergi ala bilmədikləri çox yüksək rütbəli məmurların obyektlərinin vergilərini bizim belimizə yazıblar. Bizim “dayımız” yox, pulumuz yoxdur ki, canımızı qurtaraq. Bizə kömək edə biləcək məmurların özlərinində obyektləri olduğu üçün vergidən çəkinərək bizə kömək edə bilmirlər. Bu işlərə görə bir neçə nəfər həpisxanadadı, biz də istintaqlarda hər gün ultimatum alırıq: ya pul verin, ya da həpisxanaya göndəririk. Çox təccüblüdür ki, bu boyda haqsızlığı hamı görsə də, bizə kömək edə bilən yoxdur.

Biz son ümid yeri kimi Sizdən kömək istəyirik...

Hörmətlə:
Qarabağ əlilləri

Əsədov Aqil - 050-679-00-04 Bərdə
Məmmədov Şahlar - 050-493-48-09 Bərdə
Orucov Vəfadar - 055-787-20-40 Bakı
Hüseynov Nadir - 050-333-25-16 Bakı
Quliyev Mətləb - 051-317-10-10 Tərtər"

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt