Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İşçisindən nazirə şikayət olundu

İşçisindən nazirə şikayət olundu


15-04-2016, 10:37
İşçisindən nazirə şikayət olundu
DİA.AZ: - Laçın rayon Şeylanlı kənd sakini Xudayarov Baxşeyiş Salyan oğlu tərfindən Təhsil naziri Mikayıl Cabbarova şikayət məktubu ünvanlanıb. DİA.AZ həmin məktubu təqdim edir:

“Cənab nazir Rayonun 13 saylı məktəbinin direktoru (Laçın RTŞ-nin müdri M.Vəliyevin bibisioğlu) Fizuli İbadov 2013-2014-cü tədris ilində Rusiyaya getmiş Təhminə Məmmədovanı işdən azad etməyib, onun adına dərs saatı yazdıraraq, əmək haqqısını M.Vəliyev ilə birlikdə mənimsəyiblər. Təhminə Məmmədova yalnız 18 aydan sonra xaricdən gəlib. Cənab nazir təhsil nazirliyinin daxili nəzarət şöbəsi Malik Vəliyevin yol verdiyi 100-dən çox belə ciddi qanun pozuntusunu ört- basdır edib. Fizuli İbadov hazırda 13 saylı məktəbinin direktorudu və Laçın rayon prokrorluğunda haqqında istintaq işi gedir.
Laçın rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularını və yığdığı küllü miqdarda rüşvəti ort- bastır etmək üçün daydayılarının köməyinden istifadə edib , Təhsil Nazirliyindəki havadarına yüksək məbləğdə rüşvət verərək izi itirmək məqsədi ilə təhsil nazirliyinin yeni yaradılmış Tərtər regional təhsil idarəsinə müdir təyin olunmuşdur.
Laçın rayon Təhsil şöbəsini bazara çevrən Malik Vəliyev Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Xocavənd rayon təhsil şöbələrini də həraca çıxararaq satacaq”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt