Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Azərsu" ancaq narazılıq ünvanıdır...

"Azərsu" ancaq narazılıq ünvanıdır...


19-04-2016, 11:09
"Azərsu" ancaq narazılıq ünvanıdır...
Gəncə şəhər sakini Xasıyev Oktay Nurəddin oğlu redaksiyamıza müraciət edərək “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin onu qanunsuz cərimələməsindən və Gəncə “Sukanal” TSC-nin əməkdaşlarının özbaşınalığından bəhs edir. Vətəndaş müraciətində bildirir ki, “Gəncə Sukanal” TSC ilə 06.01.2015 ci il tarixli, 801347 saylı müqaviləyə əsasən həmin tarixdən 08.09.2014-cü il tarixinədək sayğacsız su və kanalizasiya xidmətlərindən istifadə edib. Və bu xidmətlərdən istifadə etdiyi müddətdə dövlətə olan borcunu hər ay ödəmişdir. Lakin “Cəncə Sukanal” TSC-nin əməkdaşları vətəndaşa məxsus kafeyə saygac qoyanda ona 711 manat borc yazıb aktlaşdırıblar. “Azərsu” ASC-nin qoçularının bu addımı vətəndaşın haqlı narazılığına səbəb olub.
Vətəndaş Xasıyev Oktay yazılan cərimə ilə razılaşmayaraq “Gəncə Sukanal”TSC-dən abonent olaraq məlumatları rəsmi qaydada ələ keçirir. Həmin məlumatlarda vətəndaşın sayğac quraşdırılana qədər dövlətə hər ay artıqlaması ilə ödəniş etdiyi əksini tapır.
Əldə etdiyi sənədləri cəmləşdirərək, “Gəncə Sukanal”TSC-nin rəisi Bəhlul Ramazanovun və onun əməkdaşlarının qanunsuz əməllərindən “Azərsu”ASC-nin sədri cənab Qorxmaz Hüseynova müraciət edən vətəndaş haqlı olduğunu isbatlamağa çalışır. Lakin Qorxmaz müəllimdən gələn cavab vətəndaşı dəhşətə gətirir.
“Azərsu”ASC-nin sədrinin Oktay Xasıyevə ünvanladığı cavabda bildirilir ki, “Gəncə Sukanal”ın əməkldaşları onu haqlı olaraq cərimələyiblər. Məktubda o da qeyd olunur ki, kafeyə sayğac qoyulana qədər olan müddətdə heç bir ödəniş olunmamışdır. Lakin Oktay Xasıyev yenidən “Gəncə Sukanal”TSC-dən əldə etdiyi Abonent haqqında məlumatı sədr Qorxmaz Hüseynova göndərir. Lakin sədr yenə bildiyini yazaraq məlumatları görməməzliyə vurur və vətəndaşın haqlı narazılığına əhəmiyyət vermir.
Bundan sonra Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət edən vətəndaş Oktay Xasıyev haqlı olduğunu subut edir. Məhkəmənin qərarı ilə “Azərsu”ASC tərəfindən qanunsuz tərtib edilmiş 05.05.2015-ci il tarixli 006454 nömrəli akt ləğv edilir. Məhkəmədə Qorxmaz Hüseynovun qoçularının qanunsuz əməlləri ifşa olunsa da, onlar cəzalandırılmır.
Bir müddət keçəndən sonra “Gəncə Sukanal”TSC- nin rəhbəri Bəhlul Ramazanov vətəndaşdan qisas almaq məqsədilə yenidən kafeyə yoxlama göndərir. Yoxlama aparan əməkdaş - Bəxtiyar adlı şəxs heç bir qanun pozuntusu aşkar etmir. Lakin bir neçə gün sonra vətəndaş Oktay Xasıyevə yenidən 1000 manata yaxın cərimə yazıldığı barədə akt təqdim olunur. Hazırda çarəsiz qalan vətəndaş media vasitəsilə ölkə başçısından və baş prokurordan kömək istəyir.
“Azərsu”ASC-nin rəhbərliyinin qanunsuz təzyiqləri ilə üzləşən Oktay Xasıyevin haqsız yerə cərimələndiyinə şübhə yoxdur. Beləcə, Gəncədə yüzlərlə vətəndaşı haqsız olaraq cərimələyən Bəhlul Ramazanovun qanunsuz əməlləri cəzasız qalmaqdadır. Nəticədə dövlətin qanunlarını tapdalayaraq istəklərini həyata keçirən bu şəxslər ciddi narazılıq formalaşdırmaqdadırlar. Qorxmaz Hüseynovun maraqlarına xidmət edənləri isə cəzalandırmaq çətin vəzifəyə çevrilib. Bu vəzifə sahiblərinin qanunsuz əməllərinə Respublika Baş Prokurorluğunun biganə qalacağına inanmaq istəməzdik.

Mövzuya qayıdacağıq.

Geri qayıt