Əsas Səhifə > Güney Press, Reklam > Azercell aprel ayında 250-ə yaxın nəfərə pulsuz göz müayinəsi təşkil edib
Azercell aprel ayında 250-ə yaxın nəfərə pulsuz göz müayinəsi təşkil edib4-05-2016, 16:14 |
Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un sosial layihələrindən biri olan Mobil Göz Klinikası indiyə qədər valideyn himayəsindən məhrum olan minlərlə uşağa həmçinin, ahıllara və aztəminatlı ailələrə xidmət göstərib. Mobil Göz Klinikasının həkimləri "CaspianCompassion Project” təşkilatı ilə aprel ayında 50 yaşından yuxarı insanlar üçün müayinələr təşkil ediblər. Klinikanın həkimləri Lökbatan, Buzovna, Pirallahı, Mərdəkan, Bakıxanov, Qaraçuxur və Günəşli qəsəbələrindəyaşayan imkansız və kimsəsiz ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstəriblər. Yerli icra orqanlarının təşkilatçılığı ilə aparılan müayinələrdə 244 nəfər iştirak edib ki, bunların da 96 nəfərinə eynək reseptləri yazılıb, 124 nəfərə isə müalicə təyin olunub. Gözlərində müxtəlif ciddi xəstəliklər aşkarlanan 5 nəfər kimsəsiz və imkansız xəstə isəklinikanın həkimləri tərəfindən uğurlu əməliyyat edilib. Əməliyyat olunan xəstələrin görmə qabiliyyəti tam bərpa olunub. Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olur. Geri qayıt |