Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Vidadi Məmmədov Fazil Məmmədova bu qədərmi əzizdir?"

"Vidadi Məmmədov Fazil Məmmədova bu qədərmi əzizdir?"


9-05-2016, 11:27
"Vidadi Məmmədov Fazil Məmmədova bu qədərmi əzizdir?"
DİA.AZ: - Azərbaycan Vergilər Nazirliyinin baş idarəsinin sabiq rəisi Vidadi Məmmədov Eldar Mahmudov işdən atılandan dərhal sonra vəzifəsindən uzaqlaşdırıldı. Təxminən 1 həftə sonra. Onun ardından isə həbs edildi. Bu isə Vidadi Məmmədovun sabiq MTN şefinə hası dərəcədə yaxın bir fiqur olduğunu isbatlayan faktır kimi nəzərə çarpdı.

DİA.AZ bildirir ki, Vidadi Məmmədov vəzifə başında olarkən minlərlə sahibkara rəsmən və özü də dövlət adından divan tutması ilə diqqətə gəlib. Bildirilir ki, onun "xırıd etdiyi" sahibkarlar ardından MTN-nin "məngənəsinə" ötürülürmüş. Və nəticədə ölkənin sahibkar zümrəsi bğyük zərbə almış olurdu. Onlarda elə bir təəssürat yaranırdı ki, bütün bunlar elə "yuxarıların" iradəsinin nəticəsidir. Lakin Eldar Mahmudovun və çetesinin çıxdaş edilməsi, total həbslər bunun əksini sübut etmiş oldu.

Vidadi Məmmədov da Eldar Mahmudovun ən yaxın silahdaşı kimi ilk hədəflərdən biri oldu. Amma yazıqlar olsun ki, bu gün də Vidadi Məmmədovun prinsipləri ilə şrə və böhtan nəticəsində hədəfə çevrilən, həbslərə atılan, məhkəmə süründürməçiliyinə məruz qalan yüzlərlə sahibkar var ki, onlar hüquq və haqqlarının bərpasına nail ola bilmirlər.

"Vidadi Məmmədov Fazil Məmmədova bu qədərmi əzizdir?"

DİA.AZ-da dəfələrlə mövqeləri işıqlandırılan Bərdəli sahibkarlar Hidayətov Yaqub Raquf oğlu, Teymurov Samir Dağıstan oğlu, Məmmədov Şahlar Məhəmməd oğlu, Əsədov Aqil Adil oğlu, Hüseynli Səma Nurəddin oğlu, Xəlilov Əlibaba Vahid oğlu, Xalilov Akif Vahid oğlu, Hüseynli Vüqar Nurəddin oğlu, Zeynalov Muxtar Qədir oğlu, Ağalarov Emin Cəmil oğlu və başqaları dəfələrlə məhz Vidadi Məmmədovun göstərişi ilə qanunsuz olaraq "cəzalandıqlarını" iddia etsələr də, onların dərdlərinə bir çarə edən olmayıb.

DİA.AZ xatırladır ki, adlarıçəkilən sahibkarlar kənd təsərrüfatı məhsullarının idxalı ilə məşğuldurlar. Bu günlərdə isə prezident məhz KT məhsullarının ixracına dövlətin qayğısını rəsmiləşdirən addımları ilə diqqətə gəldi. Amma buna rəğmən yenə də ölkənin baş vergiyığanı Fazil Məmmədov nədənsə Vidadi Məmmədovun dövründəki özbaşınalıqların təzahürü kimi qiymətləndirilən qanunsuzluqların arxasında bir dağ kimi dayanıb.

Bu barədə dia-az.life-a yazan sahibkarları da maraqlandıran elə bu məqamdır. Onlar nazirdən soruşurlar: "Vidadi Məmmədov Fazil Məmmədova bu qədərmi əzizdir ki, dövlətin maraqları və siyasəti hörmətli nazirimiz üçün əhəmiyyət daşımır?"

Elə biz də eyni sualı nazirimizə nəhayətdə bir cavab almaq ümidilə ünvanlayırıq...


Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt