Əsas Səhifə > Güney Press, Şou-biznes > Səmra Rəhimlinin “Eurovision-2016”-nın finalında səhnəyə neçənci çıxacağı bəlli olub
Səmra Rəhimlinin “Eurovision-2016”-nın finalında səhnəyə neçənci çıxacağı bəlli olub13-05-2016, 08:15 |
Mayın 14-də Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu baş tutacaq. APA-nın məlumatına görə, ötən gün müsabiqənin II yarımfinal şousunun qalibləri müəyyən edildikdən sonra daxili püşkatma keçirilib. Final şousunda ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Belə ki, Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü nömrə altında çıxacaq. Yarışmaya Belçika təmsilçisinin ifası ilə start veriləcək. Son olaraq isə səhnəyə Ermənistan təmsilçisi çıxacaq. Tamaşaçılar ölkə təmsilçilərini aşağıdakı ardıcıllıqla izləyəcəklər: 1. Belçika 2. Çexiya 3. Niderland 4. Azərbaycan 5. Macarıstan 6. İtaliya 7. İsrail 8. Bolqarıstan 9. İsveç 10. Almaniya 11. Fransa 12. Polşa 13. Avstraliya 14. Kipr 15. Serbiya 16. Litva 17. Xorvatiya 18. Rusiya 19. İspaniya 20. Latviya 21. Ukrayna 22. Malta 23. Gürcüstan 24. Avstriya 25. Böyük Britaniya 26. Ermənistan Geri qayıt |