Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Xırdalan sakinləri Ramin Quluzadəyə müraciət ünvanladılar
Xırdalan sakinləri Ramin Quluzadəyə müraciət ünvanladılar14-05-2016, 11:23 |
Bir qrup Xırdalan şəhər sakini (Ümumilikdə 13 ailə) qarşılaşdıqları problemin Abşeron Telekomunikasiya Qovşağı tərəfindən həll edilmədiyi üçün məcbur qalıb mətbuat vasitəsi ilə Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə açıq müraciət ünvanlayıblar. Aprel ayının 28-də ünvanladıqları müraciətlərə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən əhəmiyyət verilmədiyi üçün həmin şikayətçi sakinlər yenidən redaksiyamıza müraciət etdilər. Qlobal.az elektron poçtuna göndərilmiş müraciəti təqdim edir: Azərbaycan Respublikasının Rabitə Və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə cənablarına Abşeron rayonunun Xırdalan şəhərininin Vəli Axundov-dalan 1 küçəsinin bir qrup sakinləri tərəfindən MÜRACİƏT Cənab nazir! Yuxarıda da qeyd etdiyimiz kimi biz Xırdalan şəhərində, Heydər Əliyev prospektinə bitişik olan Vəli Axundov küçəsində yaşayırıq. Bir yanımızda isə yeni inşa olunmuş "AAAF Park” Yaşayış Kompleksidir. Bizim ətrafımızdakı bütün evlərdə və Yaşayış Kompleksində müasir telekomunikasiya sistemi olsa da bizim evlərdə nəinki internet heç adi ev telefonu da yoxdur. Mövcud problemlə əlaqədar olaraq Nazirliyin əvvəlki rəhbərliyinin dövründə dəfələrlə Abşeron Telekomunikasiya Qovşağına və Rabitə nazirliyinə tək-tək və qrup halında müraciətlər etmişik. Ancaq heç bir müraciət və şikayətlərimizə baxılmırdı. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə Sizin nazir təyin olunmağınızdan sonra bizdə yenidən inam yarandı. Yenə də Sizin rəhbəri olduğunuz nazirliyə və Abşeron TQ-na qrup halında müraciətlər ünvanladıq. Və nəhayət bu ayın 15-də bizi Abşeron Telekomunikasiya Qovşağına çağırdılar. Orada idarənin mühəndisi tərəfindən qəbul olunduq. Mühəndis bizim evlərimizə telefon çəkilişi üçün texniki təchizatlarının olmadığını bildirdi. Və bunun üçün yenidən nazirliyə müraciət etməyimizi məsləhət gördü. Cənab nazir! Dövlət rəhbərimiz İlham Əliyev cənablarının apardığı uğurlu daxili siyasətin ən prioritet məqsədi ölkə vətəndaşlarının sosial səviyyəsinin yüksəldilməsidir. Prezidentimiz tərəfindən məqsədli və ardıcıl aparılan sosial siyasətin nəticəsidir ki, bu gün respublikamızın ən ucqar kəndlərinə də telefon xəttləri çəkilib və yaxud çəkilməkdədir. Ancaq bizim evlərimiz paytaxta bitişik olan Xırdalan şəhərinin mərkəzində olsa da hələ də telefon və internet üzünə həsrətik. Övladlarımız dərs tapşırıqlarının hazırlanması üçün internet-klublardan istifadə edirlər. Cənab Nazir! Sizdən xahiş edirik Xırdalan şəhərinin Vəli Axundov küçəsində yerləşən evlərimizə telefon xəttlərinin çəkilməsi üçün Abşeron Telekomunikasiya Qovşağına texniki vəsaitin ayrılması üçün göstəriş verəsiniz. Sizə hörmət və inamla: 1. AZE N- 13792640 Həşımov Rakif Akif oğlu. 2. AZE N- 15678650 Məmmədova Könül. 3. AZE N- 06879903 Məmmədova Susanna 4. AZE N- 05893658 Əbiyeva Səmiyyət 5. AZE N- 08674733 Feyzullayeva Xatirə 6. AZE N- 15177993 Qasımova Ayan 7. AZE N- 15864716 Babayeva Könül 8. AZE N- 15044167 Müseyibova Sevinc 9. AZE N- 05894690 Zeynalova Ülkər 10. AZE N- 13517868 Abdulrəhmanova Aygün 11. AZE N- 08088913 Səfərov İbrahim 12. AZE N- 15379566 Əbiyeva Elnarə 13. AZE N- 15333842 Mirzəyeva Firəngiz Geri qayıt |