Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dövlət Fitosanitar Xidmətinin rəhbəri dəyişdi, vəziyyət dəyişmədi
Dövlət Fitosanitar Xidmətinin rəhbəri dəyişdi, vəziyyət dəyişmədi16-05-2016, 10:51 |
Ekoloji problemlərdən əziyyət çəkən dünyada bu məsələyə ictimai nəzarət getdikcə aktuallıq kəsb etməyə başlayır. Xüsusilə kənd təsərrüfatı məhsullarının yetişdirilməsində fermerlərin qarşısına qoyulan tələblər xeyli ciddiləşib. İllər boyu formalaşdırılmış nəzarət sisteminin müsbət təzahürləri demək olar ki, bütün Avropa ölkələrində hiss edilməkdədir. Bu təcrübənin Azərbaycanda da yayılmasıma böyük ehtiyac var. Belə ki, hazırda ölkəmizə gətirilən gübrələrin növ və tərkibi fermerlər arasında müxtəlif suallar doğurur. Bundan əlavə son zamanlar ictimaiyyət arasında məsələ ilə bağlı narahatlıqlar xeyli artıb. Bazarlarda və digər satış məntəqələrində əldə edilən bitki mənşəli kənd təsərrüfatı məhsullarının tərkibindəki pestisid, nitrat və sair kimi insan orqanizminə zərərli maddələrin xüsusi çəkisindən xəbərsizlik müəyyən dərəcədə Kənd Təsərrüfatı Nazirliyində çalışan bəzi məmurların marağına xidmət edir. Düşünürük ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fəaliyyətində ekoloji təhlükəsizliyimizin təminatı baxımından köklü dəyişikliklərə ehtiyac var. Gundelik-baku.com xəbər verir ki, uzun illər Xidmətin varlığı ilə yoxluğu da bilinməyib. Lakin son zamanlar DFNX-nin rəhbərliyinin dəyişməsi, bir sıra laboratoriyalarda və bitki karantini məntəqələrində tikinti və yenidənqurma işlərinin sürətlənməsi ümid verir ki, paytaxtda və regionlarda bitkilərin toksikoloci və ekspertiza müayinələrini operativ və professional şəkildə aparmaq üçün normal şərait yaradılacaq. Nəticədə isə DFNX-nin laboratoriyalarına müraciət edən fermer və digər kəndli təsərrüfatlarının da sayı artacaq. Fitosanitar xidmətin ötənilki məlumatlarında ölkə ərazisində hər il orta hesabla siçanabənzər gəmiricilərə qarşı 150-200 min hektar, çəyirtkəkimilərə qarşı 50 min ha sahədə, taxıl hafı, Amerika ağ kəpənəyi, Kolorado kartof böcəyinə qarşı hər biri 3 min ha sahədə olmaqla mübarizə tədbirlərinin aparıldığı göstərilir. Bütövlükdə bu rəqəmlərin ölkə ərazisinin olduqca kiçik bir hissəsini əhatə etdiyi göz abağındadır. Ziyanvericilərin yayıldığı əkin sahələrinin, meşə və çəmənliklərin ümumi miqyası bu rəqəmlərdən qat-qat yuxarıdırsa,zərərli orqanizmlərlə mübarizənin səmərəsindən danışmağa dəyməz. Bu məsələdə həmçinin mütəxəssis çatışmazlığı da bir təsiredici amil kimi nəzərə alınmalıdır. Belə ki, məlumata görə DFNX sistemində çalışan mütəxəssislərin böyük bir qisminin yaş həddi onların normal fəaliyyətinə əngəllər yaradır. Gənc və təcrübəli kadrlar isə çatışmır. Eyni zamanda fitosanitariya nəzarəti işi spesifik sahə olduğundan referens-toksikologiya və karantin ekspertizalarının aparılması üçün zəruri laboratoriya avadanlıqlarının quraşdırılması məsələsinin bu sahədə müəyyən biliklərə malik mütəxəssislərə tapşırılması zərurəti böyükdür. Qeyd edək ki, kənd təsərrüfatı nazirinin 24 noyabr 2014-cü il tarixli əmri ilə Quliyev Camal Alqulu oğlu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Yeni rəis ona göstərilən etimadı doğrultmaq üçün öz bilik və bacarığından, iş təcrübəsindən maksimum istifadə etməklə ölkədə fitosanitar sabitliyinin qorunması üçün Xidmətin kollektivi ilə birlikdə qarşıya qoyulan tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmək üçün var gücü ilə çalışacağını bildirmişdi. Lakiin ötən müddət ərzində ölkənin fitosanitar təhlükəsizliyinin yetərli təminatı başlı-başına buraxılıb. Regionlarda fəaliyyət göstərən bitki mühafizə mərkəzlərində, karantin məntəqələrində və hətta bəzi bioloji laboratoriyalarda kadrların ixtisas uyğunluğu ilə bağlı ciddi problemlər var. Həmin problemlərin həlli DFNX-nin yeni rəhbərliyinin prioritet məsələsi olmalıdır. Qarşı tərəfi də dinləyə bilərik. Geri qayıt |