Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qazaxda Ayaz Əsgərova "Hacıya "vodka" içirən başçı" deyirlər
Qazaxda Ayaz Əsgərova "Hacıya "vodka" içirən başçı" deyirlər21-05-2016, 11:17 |
Ayaz Nəriman oğlu Əsgərov 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olub. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışıb. 2006-2011-ci illərdə Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb. 2011-ci il oktyabrda Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ayaz Əsgərov Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdır. Qazax camaatı isə deyir ki, köhnə icra başçılarına rəhmət oxumaqdan dilləri qabar olub. Çünki hər gələn başçı daha dağıdıcı, daha talançı olur. Elə bizim söhbət edən qazaxlı ağsaqqal da ötənlərə xeyli rəhmət oxudu: "Rauf Hüseynov, "Qazaxın Pinoçeti" olan Əsəd Orucova rəhmət oxutdu, Ayaz Əsgərov Rauf Hüseynova rəhmət oxudur. Ayaz Əsgərovdan sonra kim gələcəksə- daha ona satmağa torpaq yeri qalmayacaq. Buna görə də o xam xəyallara düşən şəxsə deyirəm ki, ağlın olsun, mayanı batırma. Artıq Qazax ölü rayona çevrilib- Buraya pul qoymağa dəyməz". Qazaxda Ayaz Əsgərova "Hacıya "vodka" içirən başçı" deyirlər. Vaxtı ilə Əsəd Orucovun dövründə ümümi şöbə müdiri işləmiş, həmin dövrdə Həccə getmiş, indi isə Quşçu Ayrım kəndində icra nümayəndəsi vəzifəsində çalışan Elman Nəsibov sabiq başçının oğlunun nişan mərasimində ona xoş gəlmək üçün "vodka" içib. Bu isə Mirzə Cəlilin məşhur "Qurbanəli bəy" əsərini xatırladır. Siz də xatırladınızmı? Qurbanəli bəy rus xanımlarını görüb özündən çıxır və nökərinə "vodka" içirdir. Burda isə məsələ fərqlidir. Yəni aradan onillər keçib və azərbaycanlı bəylərin inzibati idarəçiliyi o həddə çatıb ki, nökərə "vodka" içirtmirlər. Nökər özü xoş gəlmək üçün "vodka" içir, "həci" olsa belə. İnterpress.az Geri qayıt |