Əsas Səhifə > Güney Press, Reklam > "Nar"ın dəstəyi ilə tələbələrin beynəlxalq biznes ideyaları müsabiqəsi keçirilib

"Nar"ın dəstəyi ilə tələbələrin beynəlxalq biznes ideyaları müsabiqəsi keçirilib


31-05-2016, 10:47
"Nar"ın dəstəyi ilə tələbələrin beynəlxalq biznes ideyaları müsabiqəsi keçirilib
Mayın 27-də "Bizim sahibkarlıq fəaliyyətimiz" (Enterpreunial. Action. Us. - Enactus) beynəlxalq proqramı üzrə XI Milli yarış start götürüb.

"Nar"ın dəstəyi ilə keçirilmiş ikigünlük yarışda iştirak edən 5 komanda 14 layihə ilə çıxış edib. Milli final mərhələsində qalib gələn Dövlət İdarəçilik Akademiyasının “Enactus” komandası bu il sentyabrın 27-29-da, Torontoda (Kanada) keçiriləcək dünya finalında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

“Enactus” proqramı üzrə yarışın qalibi innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti və digər meyarlar əsasında müəyyən edilir. Proqram həm də gənclər üçün biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması üçün yaradılmış bir platforma kimi çıxış edir.

Gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, tələbələr arasında azad sahibkarlıq ideyasının təbliği, onlarda təşkilatçılıq, idarəçilik bacarığı və komanda ruhunun inkişaf etdirilməsi “Enactus” proqramı üzrə milli yarışların keçirilməsini labüd edən əsas məqsədlərdəndir.

Qeyd edək ki, “Nar” sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq gənclərin inkişafına yönələn elm və təhsil layihələrinə davamlı dəstəyini göstərir. Məhz bu səbəbdən “Nar” ölkədə bilik müsabiqələrinin keçirilməsinə xüsusi diqqət ayırır.
“Nar”ın sosial məsuliyyət strategiyası barədə məlumatları www.nar.az səhifəsindən əldə edə bilərsiniz.

Geri qayıt