Əsas Səhifə > Güney Press, Reklam > "Applab" layihələri Yeni Fikir müsabiqəsinin qalibləridir
"Applab" layihələri Yeni Fikir müsabiqəsinin qalibləridir6-06-2016, 10:27 |
"AppLab" proqramının iştirakçıları olan "Kvotter" və "Flapus" layihələri Qafqaz Universiteti (Texnopark) tərəfindən təşkil olunmuş "Yeni Fikir 2016" müsabiqəsində (Yeni Fikir Müsabiqəsi) 1-ci və 2-ci yerləri tutub. Yeni Fikir Müsabiqəsinin (YFM) məqsədi innovativ sahibkarlığın inkişafına dəstək verməkdir. O, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. "AppLab üzvlərinin hər bir uğurlu addımının şahidi olmaq bizi çox sevindirir. Milli mobil operator olaraq, biz Azərbaycanda sürətlə inkişaf edən İKT sektorunun gələcəyinin təməlini qoyan gənc istedadlara dəstək göstərməkdən fəxr hissi duyuruq",-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. "Bakcell və onun tərəfdaşları AppLab ailəsinə üzv seçilmiş hər bir layihəni bərabər imkanlar və alətlərlə təmin edir. Bu cür yanaşma isə onların sağlam rəqabət mühitində inkişaf etməsi üçün daha bir zəmin yaradan amildir",-deyə cənab Hadziç əlavə edib. AppLab proqramının yetirməsi olan "Kvotter" layihəsinin məqsədi istifadəçilərə kitablardan, jurnallardan, internet səhifələrindən və hətta rəqəmsal cihazlardan oxuduqları bəyənilmiş sitatları paylaşmaq imkanı verən sosial şəbəkə yaratmaqdır. İstifadəçilər adi kameradan istifadə edərək istənilən mətn və ya fotoşəkilləri skan edib asanlıqla dostları ilə paylaşa bilərlər. AppLab proqramının digər məzunu olan "Flapus" layihəsi istifadəçilərin bir-birinə mətn mesajları kimi sadə xatırlatma bildirişləri göndərməsini imkanlaşdıran smartfonlar üçün asan idarəolunan tapşırıqlar meneceridir. Bu proqram istifadəçilərin özləri üçün tapşırıqlar yaratmasını və başqalarına tapşırıqlar göndərməsini asanlaşdıraraq, tapşırığı alan adamların lazım olan zaman və ya yerdə xəbərdar olmalarını təmin edir. Başqalarının özləri üçün görüləcək işlərin siyahısını tutacaqlarına ümid etməkdənsə, "Flapus" istifadəçilərə birbaşa olaraq başqaları üçün tapşırıqlar yaratmağa və onlara bu tapşırıqları nə vaxt və ya hansı məkanda xatırlatmağa imkan verir. "AppLab" regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, Wayra UK şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır. Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. *** QUTechnopark haqqında Qafqaz Universiteti beynəlxalq prinsiplərə uyğun olaraq təsis edilmiş Qafqaz Universiteti texnoparkı (QU Technopark) fəaliyyətləri ilə yeniliyə imza atdı. QU Technopark Azərbaycanda təhsil sahəsinin müxtəlif səviyyələrində innovasiyaları təşviq etməsi ilə tanınır. Hazırda QUTechnopark Qafqaz Univrsitetində xüsusi ayrılmış 1000 m2-ə yaxın ərazisi olan, 20 ayrı ofisdən ibarətdir. QUTechnopark-da İnkubasiya Mərkəzi ilə yanaşı, 11 şirkətin fəaliyyəti üçün ofis yeri ayrılmışdır ki, onlardan 5-i xeyli vaxtdır ki, burada fəaliyyət göstərir. Hazırda yeni texnopark binasının tikilməsi üzərində iş aparılır. Geri qayıt |