Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Tələbələrin təqaüd qalmaqalı AZMİU-ya sıçradı

Tələbələrin təqaüd qalmaqalı AZMİU-ya sıçradı


6-06-2016, 10:53
Tələbələrin təqaüd qalmaqalı AZMİU-ya sıçradı
Yay imtahan sessiyası başlayan kimi, universitetlərin də tələbələrə olan münasibəti 180 dərəcə dəyişir. Dekanlar müəllimlərə, müəllimlər də tələbələrə “qara xəbər”ləri çatdırırlar. Ki, nəticədə bəzən proses qalmaqala qədər gedib çıxır.
JAM.AZ xəbər verir ki, hələ bir müddət əvvəl Texniki Universitetdə tələbələrini təqaüdünün verilməməsi məsələsi ortaya çıxmışdı. Həmin məlumatlarda deyilirdi ki, universitetin rektoru Havar Məmmədovun təlimatına əsasən binanın fasad işlərini təmir etmək üçün tələbələrə verilən təqaüdlər tam şəkildə tutulmuşdu. Hətta bu prosesin tam 3 ay davam etdiyi bildirilirdi.
Amma analoji vəziyyət İnşaat və Memamrlıq Universitetində yaşanır. Bu barədə JAM.AZ-a yazan tələbələrin verdiyi məlumata görə, uzun illər AZMİU-nu rüşvət skandallarından qoruyan rektor Gülçöhrə Məmmədova kursu tam dəyişib. Artıq ikinci aydır ki, tələbələrə verilməli olan təqaüdlər rektorun adamları tərəfindən götürülür.
Bundan başqa, universitetdə Boloniya sistemi adı altında tələbələrin cibinə girirlər. JAM.AZ-a daxil olan məluamata görə, imtahanlardan keçid balı əldə etmək istəyən tələbələrdən fənn üzrə 100 manatdan başlayaraq, 500 manata qədər pul alınır. Bu pulları müəllimlər deyil, dekanlar yığır. İddia edilir ki, belə bir addımın atılmasının səbəbkarı elə rektorun özü olub.

P.S. AZMİU-da baş verən ilginc olaylarla bağlı geniş araşdırmamız olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt