Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hesablama Palatasının Cahangir Əsgərov sirri
Hesablama Palatasının Cahangir Əsgərov sirri6-06-2016, 12:04 |
Xəbər verildiyi kimi, bu günlərdə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin borclarının kəskin artdığı açıqlandı. Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunduğuna görə, ötən il ərzində şirkət üzrə dövlət büdcəsinə olan borcun həcmi 11 milyon 312,1 min manat və ya 243 dəfə artaraq 11 milyon 358, 7 min manat təşkil edib. Bəs görəsən AZAL-ın borclarındakı kəskin artımın sirri nədir? Ekspertlər burada adıçəkilən QSC-nin qeyri-şəffaf fəaliyyətinə diqqət çəkir və qurumun hesabatlılığının az qla olmamasından gileylənirlər. Daha maraqlı olan isə hətta Hesablama Palatasinin özünün də AZAL-dakı auditlərinin nəticələrinin ictimaiyyətə açıqlanmamasıdır. “Hesablama Palatası ötən il 81 təşkilatda, o cümlədən "Azərbaycan Hava Yolları" QSC-də audit keçirib. Cahangir Əsgərovun rəhbəri olduğu qurumda yoxlama Vergilər Nazirliyi ilə birgə aparılıb. Amma maraqlıdır ki, həmin auditin nəticələri barədə mətbuata və ictimaiyyətə heç bir açıqlama verilməyib. Baxmayaraq ki, bir çox digər dövlət qurumlarındakı auditlərin sonucları, ortaya çxan nöqsanlar, qanunsuzluq halları barədə icmal KİV-ə təqdim edilir” - bunu adının çəkilməsini istəməyən etibarlı mənbə Qaynarinfo.az-ın əməkdaşına bildirib. Qaynağın bildirdiyinə görə, bu kifayət qədər müəmmalı nüansdır: “AZAL-ın gəlirləri və xərcləri üzərinə faktiki olaraq sirr pərdəsi çəkilib. Bu QSC maliyyə hesabatlarını gizlədir. Hesabalama Palatasının qurumda apardığı yoxlamaların nəticələri də həmçinin. Belə qeyri-şəffaf mühitdə AZAL-ın borclarının kəskin artmasına təəccüblənməmək lazımdır. Qeyri-şəffaflıq korrupsiya mühitinin ilk şərtidir. Korrupsiya mühitində isə sözügedən QSC-nin ilbəil borclanmasında qeyri-adi heç nə yoxdur”. Beləliklə, konkretləşdirilmiş sual: Hesablama Palatası Cahangir Əsgərovun rəhbərlik etdiyi qurumda apardığı auditin nəticələrini niyə gizlədir? Bu konkret suala konkret cavabı yəqin ki, Palatanın özündən və AZAL-dan başqa heç yerdə verə bilməzlər Geri qayıt |