Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > «General Motors»un rəhbəri saxta vaksinləri ölkəyə necə gətirdi?
«General Motors»un rəhbəri saxta vaksinləri ölkəyə necə gətirdi?7-06-2016, 11:07 |
Azərbaycanın ən böyük şirkətlərindən biri olan «General Motors»un indiyə qədər avtomobil satışı və tikinti sektorunda ad çıxardığı sirr deyil. Bu şirkətin törəməsi olan «Grand Motors»un isə ölkəyə kənd təsərrüfatı texnikaları, yol çəkilişi üçün zəruri olan avadanlıqlar gətirdiyi də məlumdur. JAM.AZ xəbər verir ki, bu şirkətin ölkəyə heyvandarlıq üçün vaksin gətirdiyi isə indiyə qədər kimsəyə məlum olmayan hadisədir. Bununla bağlı apardığımız araşdırmalar zamanı üzə çıxan faktlar isə «General Motors»un rəhbəri Qalib Məmmədovun elə bir işə qol qoyduğunu göstərir ki, buna ad verməyin özü belə kifayət qədər çətindir. Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bir müddət əvvəl heyvandarlıqda istifadə olunan və müxtəlif xəstəlikləri əhatə edən vaksinlərin alınması üçün Dünya Bankı ilə birlikdə tender elan edib. JAM.AZ-ın araşdırmalarına görə, ötən ilin ortalarına təsadüf edən prosesə dərhal iki şirkət qoşulur. Onlardan biri Gürcüstanda qeydiyyata alınmış CNN, digəri isə Şotlandiyada qeydiyyatdan keçmiq Networks Europe şirkətləri olub. Bu şirkətlərin hər ikisi Gürcüstanın Poti Azad Ticarət Zonasında offşor şirkət olaraq qeydiyyatdan keçdiyi də tərəfimizdən dəqiqləşdirilib. Bildirək ki, hər iki şirkətin başında duran şəxslər «Grand Motors»un işçiləri olub. Belə ki, Anar Rəcəbov və Tahir Məmmədov Qalib Məmmədovun adamları kimi tenederdə iştirak etmək üçün offşor şirkətlərin başına keçirilir. Qısa müddət ərzində bu şirkətlərin Bakıdakı banklarda hesab nömrələri və müxbir hesabları açılır. Yəni, prosesin bu qədər operativ həyata keçirilməsi hələ heç bir şirkətə nəsib olmayıb. Amma Qalib Məmmədov bu zaman özünün imkanlarından istifadə edib. İşin ilginc tərəfləri bu deyil. Məsələnin ən qəribə tərəfi odur ki, Azərbaycana gətirilən REV1 vaksinləri həm vaxtı ötmüş dərmanlar olub, həm də bu dərmanlar ermənilərdən alınıb. JAM.AZ-ın araşdırmalarına görə, Gürcüstanda fəaliyyət göstərən və Xaçoyan adlı erməninin olan «MEQAET» zavoddan alınmış vaksinlərin istifadə müddəti bu ilin iyununda başa çatırmış. Amma Qalib Məmmədovun yaratdığı şirkətlərin başında duran adamlar həmin vaksinləri təcili olaraq Belarusiyanın Armavir Biofabrikində (ABF) qablaşdıraraq, üzərlərindəki tarixləri dəyişdirməyə nail olub. Lakin «General Motors»un ağıllı rəhbəri bir şeyi unudub ki, qabların üzərində tarix dəyişdirilsə də, qutunun içindəki tarixi dəyişdirməyi unudub. Elə məsələnin də üstü burada açılıb. Heyvanlara müxtəlif xəstəliklər üçün vurulması nəzərdə tutulan REV1 vaksinlərinin vaxtı ötmüş olduğu aşkarlanan kimi, Kənd Təsərrüfatı Nazirliyi (KTN) təcili tədbirlər görməyə başlayıb. JAM.AZ-a verilən məlumata görə, nazirlik dərhal bütün yerli və regional idarələrə məlumat verərək, həmin vaksinlərin yığılaraq, məhv edilməsini tapşırıb. Bununla bağlı akt belə tərtib olunub və nazirliyə təhvil verilib. JAM.AZ-ın araşdırmaları zamanı o da məlum olub ki, ümumiyyətlə, Belarusun Armavir şəhərində bu vaksinlərin istehsalı ilə məşğul olan hər hansı bir müəssisə yoxdur. ABF müəssisəsinin direktorunun kefyiyyət məsələləri üzrə müavini Aliferova Ellianora Viyulovna əslən ermənidir. Maraqlıdır, Qalib Məmmədov xaricdə bu qədər ermənini necə tapıb və onlarla niyə əməkdaşlıq edib? İşin bir digər dəhşətli tərəfi isə alınmış vaksinlərin qiymətlərinin 2,5 dəfə şişirdilməsidir. JAM.AZ-ın araşdırmaları zamanı məlum olub ki, Qalib Məmmədovun Networks Europe şirkəti tender üçün 747 min dollarlıq təkliflər paketi təqdim edib və nəticədə qalib olub. Bildirək ki, «MEQAVET» şirkətindən alınan vaksinlərin qiyməti 12 dollar olduğu halda, şirkət bunu Azərbaycana 32 dollara satıb. Qiymətin niyə bu qədər aşağı olmasına gəldikdə isə bildirək ki, ortada başqa bir fırıldağın olduğu ehtimal edilir. Böyük ehtimalla, istifadə vaxtının bitməsinə bir neçə ay qalmış dərmanlar çox ucuz qiymətə Qalib Məmmədova təqdim olunub. Bu təqdimatdan da bəhrələnən işbazlar həmin vaksinləri yeni adıyla ölkəyə gətirib, 32 dollara KTN-ə satıblar. Qeyd edək ki, «Grand Motors»un baş direktoru Rüfət Məcidovdur. Onun «General Motors»un rəhbəri Qalib Məmmədovun ən yaxın adamı olduğu deyilir. Mövzuyla bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |