Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Samir Şərifovun işçisinə qarşı ittiham

Samir Şərifovun işçisinə qarşı ittiham


7-06-2016, 11:15
Samir Şərifovun işçisinə qarşı ittiham
Artıq neçə müddətdir ki, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bəzi Maliyyə idarələri rəhbərliyi tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallarla bağlı mövzular mətbuat səhifələrində öz aktuallığını saxlayır. Qəzetimizin ötən saylarında biz də dəfələrlə bu mövzuya müraciət edərək, redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış və bir neçə maliyyə idarəsinin fəaliyyətindəki cddi nöqsanlardan bəhs edən yazılar dərc etmişik. Bu yaxınlarda bizimdovr.az-a daxil olmuş növbəti məlumatlarda isə, kifayət qədər ciddi qanun pozuntularının müşahidə olunduğu maliyyə qurumlarından biri kimi də Şamaxı rayon Maliyyə İdarəsinin adı çəkilir. Bildirilir ki, bu idarənin fəaliyyəti son vaxtlar ciddi qanun pozuntuları ilə müşahidə olunmaqdadır. Belə ki, aldığımız məlumatlara görə, idarənin müdiri Seyran Alcanov tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyalarının törədilməsi və sairə bu kimi neqativ hallara davamlı olaraq yol verilir. Xüsusilə rayonun təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri ünvanyönlü xərclənmir, müxtəlif maxinasiyalar vasitəsilə bu vəsaitlərin külli-miqdarda mənimsənilməsinə şərait yaradılır. Mənbələr iddia edirlər ki, Seyran Alcanov Şamaxının təhsil və səhiyyə müəssisələrinin tələbatlarının ödənilməsi məqsədilə keçirilən satınalma tenderlərinə müdaxilələr edir. Nəticədə müsabiqələrdə məhz onun təqdim etdiyi müəyyən şirkətlər “qalib” olurlar. Bundan sonra isə, maliyyə vəsaitləri əslində heç bir maddi-texniki bazası olmayan həmin müəssisələrin hesablarına köçürülür və ardından da, məlum “nağdlaşdırma” maxinasiyaları həyata keçirilir. Bu vasitə ilə təkrar hesablardan çıxarılan vəsaitlərin müəyyən bir hissəsi də, məhz Seyran Alcanova təqdim olunur. Daha sonra bizimdovr.az-a tədim olunan açıqlamalarda bildirilir ki, yuxarı instansiyalara təqdim olunan hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Şamaxı rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Həmçinin mənbə vurğulayır ki, Seyran Alcanovun adı müxtəlif şübhəli köçürmə əməliyyatları, idarə, müəssisə və təşkilatların üzərinə faiz qoyuluşu, vəsaitlərin nağdlaşdırılması və digər bu kimi əməliyyatlarda hallanır. Həmçinin iddialara görə, Seyran Alcanov bu gün Şamaxıda faktiki olaraq işədüzəltmə məsələlərində əsil monopoliya yaradıb. Bunun isə, birbaşa maliyyə məsələlərinə aid olan bir səbəbi var. Belə ki, rayonda bir çox büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını “ölü canlar” qismində işə yazdırıb, sonra da onların əmək haqqlarını mənimsəyirlər. Maliyyə İdarəsinin müdiri isə, həmin işə götürənlərin gəlirlərinə şərik olmaq qərarına gəlib. Açıqlamalara görə, Şamaxının maliyyə şefi müəssisə rəhbərlərinin bu yolla mənimsədikləri əmək haqlarının yarısını özünə istəyir. Əks təqdirdə, Seyran Alcanov yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir.

Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.

Geri qayıt